Kamçatkada təbii fəlakət baş verib
Tarix: 27-02-2025 09:52 | Bölmə: Xəbərlər
Kamçatkada təbii fəlakət baş verib

Rusiyanın Kamçatka bölgəsində 6,1 gücündə zəlzələ baş verib.

Reyting.az
bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Məlumata görə, təbii fəlakətin episentri Nikolskoye kəndindən 94 kilometr şərqdə, zəlzələnin ocağı 54 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur, sunami təhlükəsi elan olunmayıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər