15:19 / 17-03-2025
Müğənni həbs edilib
Ağır Cinayətlər Məhkəməsinə üç hakim ezam olunub
Tarix: 17-03-2025 17:52 | Bölmə: Xəbərlər
Ağır Cinayətlər Məhkəməsinə üç hakim ezam olunub

Bakı Ağır Cinayətlər Məhkəməsinə üç hakim ezam edilib.

Reyting.az
xəbər verir ki, iş yükünün ağırlaşması səbəbindən belə qərar qəbul edilib.

Yeni hakimlər Yasamal Rayon Məhkəməsindən Kamil Əliyev, Sabunçu Rayon Məhkəməsindən Nigar İmanova və Quba Rayon Məhkəməsindən Vüqar Seyidovdur.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev bir müddət əvvəl vəfat edib. Təqaüd yaşı çatdığından hakimlər-Azad Məcidov, Novruz Kərimov və Rasim Sadıxovun da icraatına artıq iş verilmir. Digər hakim Səbinə Məmmədzadə isə analıq məzuniyyətinə çıxıb.




Bölməyə aid digər xəbərlər
Bu gün, 15:19 Müğənni həbs edilib