Suriya rəhbərliyi səfirləri geri çağırır
Tarix: 08-04-2025 08:39 | Bölmə: Xəbərlər
Suriya rəhbərliyi səfirləri geri çağırır

Suriya rəhbərliyi diplomatik korpusda dəyişikliklərə başlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə “SANA” dövlət agentliyi məlumat yayıb.

Bildirilir ki, Suriya Xarici İşlər Nazirliyi başlayan kadr rotasiyası çərçivəsində bu ölkənin Rusiya və Səudiyyə Ərəbistanındakı səfirlərinin Dəməşqdəki mərkəzi ofisə qaytarılmasına qərar verib.

Suriyanın xarici işlər naziri Əsəd əş-Şibani diplomatik korpusda başlayan dəyişikliklər çərçivəsində ölkənin Moskva və Ər-Riaddakı səfirlərinin mərkəzi ofisə köçürülməsi barədə göstəriş verib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər