Çərşənbə, 16 aprel 2025, 17:54:35  
13:14 / 16-04-2025
Rusiya Kimin ümidinə qalıb
13:01 / 16-04-2025
Sabah yağış yağacaq
Mülki helikopter çaya düşüb, ölənlər var - Yenilənib
Tarix: 11-04-2025 12:30 | Bölmə: Xəbərlər
Mülki helikopter çaya düşüb, ölənlər var

ABŞ-da mülki helikopter Cersi Siti yaxınlığındakı Qudson çayına düşüb.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Tramp qəza barədə sosial şəbəkədə yazıb.

O, “Bell 206” helikopterinin Cersi Siti şəhəri yaxınlığında Hudson çayına düşməsini özündə əks etdirən görüntüləri “dəhşətli səhnə” adlandırıb.

Qeyd edək ki, helikopterin göyərtəsində altı nəfər olub: pilot, iki böyük və üç uşaq.

ABŞ-nın nəqliyyat naziri Şon Daffi və onun əməkdaşları hadisənin araşdırılmasında iştirak edirlər.

***

Xəbər verdiyimiz kimi, bu gün Nyu-Yorkda “Bell 206L-4” helikopteri qəza edərək Qudson çayına düşüb.

Reyting.az
əlavə edir ki, qəza nəticəsində 4 nəfər yerindəcə ölüb, həkimlər hələ də iki uşağı xilas etməyə çalışırlar.

Qudson çayına düşən “Nev York Helicopter Charter” tur şirkəti tərəfindən idarə olunan “Bell 206L-4” helikopterinin göyərtəsində “Siemens” şirkətinin icraçı direktoru Aqustin Escobar, onun ailəsi və pilot olub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər