15:41 / 18-04-2025
Sabahdan bu yollar bağlancaq
Kursk vilayətinin keçmiş qubernatoru saxlanılıb
Tarix: 16-04-2025 18:28 | Bölmə: Dünya
Kursk vilayətinin keçmiş qubernatoru saxlanılıb
Aleksey Smirnov

Kursk vilayətinin keçmiş qubernatoru Aleksey Smirnov və onun keçmiş birinci müavini Aleksey Dedov dələduzluqda şübhəli bilinərək saxlanılıblar.

Reyting.az
TASS-a istinadla xəbər verir ki, Smirnov və Dedov barəsində Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (dələduzluq) ilə cinayət işi açılıb.

Təhlükəsizlik qüvvələri aydınlaşdırıb ki, söhbət müdafiə strukturlarının tikintisinə ayrılan büdcə vəsaitlərinin oğurlanmasından gedir.

Aleksey Smirnov 2024-cü il sentyabrın 16-dan dekabrın 5-dək vilayətin qubernatoru vəzifəsində çalışıb. O, öz xahişi ilə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi üçün ərizə yazıb. Dedov mayın 20-də Kursk vilayətinin vitse-qubernatoru səlahiyyətlərini icra edib və dekabrın 27-də o da öz istəyi ilə istefa verib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib