Xanlar Vəliyev məhkəmə hakimi təyin olunub
Tarix: 11-04-2025 11:45 | Bölmə: Xəbərlər
Xanlar Vəliyev məhkəmə hakimi təyin olunub

Milli Məclis Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunmasını təsdiqləyib.

Reyting.az
xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında müzakirə aparılıb.

Bildirilib ki, Prezident İlham Əliyevin təqdimatı əsasında Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi təklif olunub.

Sənəd səsverməyə qoyularaq, bir oxunuşda qəbul edilib.

Daha sonra Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi kimi Milli Məclisdə and içib.

Xatırladaq ki, Xanlar Vəliyev bundan öncə hərbi prokuror kimi fəaliyyət göstərirdi. Onun səlahiyyət müddəti başa çatıb.




Bölməyə aid digər xəbərlər