Qobu və Masazırda silah-sursat aşkar edilib - Video
Tarix: 12-04-2025 10:52 | Bölmə: Xəbərlər
Qobu və Masazırda silah-sursat aşkar edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Qobu və Masazır qəsəbələrində silah-sursat aşkar edilməsi barədə məlumatlar daxil olub.

Reyting.az
bildirir ki, məlumatlarla əlaqədar dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra çevik qrup tərəfindən ümumilikdə döyüş tətbiqinə yararlı 8 ədəd F1 əl qumbarası, 10 ədəd RQD 5 əl qumbarası, 18 ədəd UZRQM partladıcısı, 7 ədəd 7.62x55 mm-lik mərmi, 2 ədəd 9x18 mm-lik mərmi , 1 ədəd Makarov və 1 ədəd Tokarev markalı tapança götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.






Bölməyə aid digər xəbərlər