İldırım vurması nəticəsində 5 uşaq xəsarət alıb
Tarix: 11-04-2025 12:42 | Bölmə: Xəbərlər
İldırım vurması nəticəsində 5 uşaq xəsarət alıb

Yaponiyada məktəb meydançasına ildırım düşüb, beş şagird xəsarət alıb.

Reyting.az
xəbər verir ki, bu barədə “SkyNews” məlumat yayıb.

Uşaqların Yaponiyanın qərbindəki Kyoto yaxınlığındakı Nara şəhərindəki məktəbdə futbol oynadığı bildirilir. İldırım düşəndə oğlanlardan biri huşunu itirib. Qalan dörd uşaq isə danışa bilməyib. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, yağan leysandan sonra ildırım çaxıb. Bir gün əvvəl sinoptiklər bölgə üçün tufan xəbərdarlığı etmişdilər.

Polis və yanğınsöndürənlər araşdırma aparırlar.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər