18 yaşlı gənc atasının silahı ilə canına qıyıb
Tarix: 15-04-2025 10:43 | Bölmə: Xəbərlər
18 yaşlı gənc atasının silahı ilə canına qıyıb

Bakıda dəhşətli intihar hadisəsi olub.

Reyting.az
 Lent.az-a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib.

18 yaşlı Nihad Rəşad oğlu Məmmədli yaşadığı evdə odlu silahla başından atəş açaraq, özünü öldürüb.

Polis və prokurorluq əməkdaşlarının hadisə yerinə baxış keçirməsi zamanı evdən mərhumun atasına məxsus odlu silah aşkarlanaraq, götürülüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər