Tacikistanda güclü zəlzələ qeydə alınıb
Tarix: 13-04-2025 09:14 | Bölmə: Xəbərlər
Tacikistanda güclü zəlzələ qeydə alınıb

Tacikistanda 6,1 maqnitudalı zəlzələ baş verib.

Reyting.az
bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Xucand şəhərindən 170 km cənubda yerləşib. Zəlzələnin ocağı 15 km dərinlikdə olub.

Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmopronoz Mərkəzinin məlumatına əsasən, zəlzələnin maqnitudası 5,8 bal təşkil edib. Düşənbə şəhərinin mərkəzində bir neçə saniyə ərzində zəif yeraltı təkanlar hiss olunub.

Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur.(APA)




Bölməyə aid digər xəbərlər