Ceyhun Bayramov Antalyada Hakan Fidanla görüşüb
Tarix: 12-04-2025 23:50 | Bölmə: Siyasət
Ceyhun Bayramov Antalyada Hakan Fidanla görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Türkiyə xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Reyting.az
Xarici İşlər Nazirliyinə istinadla bildirir ki, görüşdə Azərbaycan-Türkiyə müttəfiqlik gündəliyində duran siyasi, təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat-kommunikasiyalar, humanitar məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələləri müzakirə olunub.




Bölməyə aid digər xəbərlər