14:23 / 02-09-2025
Milli Məclis bəyanat yayıb
Ukraynada iki minə yaxın Koreya hərbçisi öldürülüb
Tarix: 02-09-2025 12:22 | Bölmə: Dünya
Ukraynada iki minə yaxın Koreya hərbçisi öldürülüb

Ukraynadakı müharibədə iki minə yaxın Şimali Koreya əsgəri həlak olub.

Reyting.az
xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya kəşfiyyatına istinadla məlumat yayıb.

Qeyd edilir ki, Pxenyan cəbhəyə əlavə qüvvələr göndərə bilər.

Kəşfiyyat məlumatlarına görə, Şimali Koreya, həmçinin qoşun yerləşdirmənin üçüncü partiyası çərçivəsində Rusiyaya əlavə olaraq 6 minə yaxın əsgər göndərməyi planlaşdırır.

Xatırladaq ki, ötən ilin oktyabrından Şimali Koreya Rusiyanın Ukraynaya qarşı hərbi səylərini dəstəkləmək üçün 13 minə yaxın əsgər və silah göndərib.

Qeyd edək ki, Şimali Koreya (KXDR) Ukraynaya qarşı müharibədə Rusiyanın fəal tərəfdarına çevrilib, maddi, hərbi və diplomatik dəstək verir.

ELÇİN




Bölməyə aid digər xəbərlər