Belçika bu ay Fələstini dövlət kimi tanıyacaq
Tarix: 02-09-2025 09:33 | Bölmə: Dünya
Belçika bu ay Fələstini dövlət kimi tanıyacaq

Belçika BMT Baş Assambleyasının sentyabr sessiyası zamanı Fələstini dövlət kimi tanımağı planlaşdırır.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Belçikanın Xarici işlər naziri Maksim Prevost çərşənbə axşamı bildirib ki, ölkəsi Böyük Britaniya, Fransa, Kanada və Avstraliya kimi ölkələrin birləşərək gələn həftə başlayacaq BMT Baş Assambleyasının sessiyası zamanı Fələstini dövlət kimi tanımağı planlaşdırır.

Onun sözlərinə görə, belə bir qərar “Fələstin üçün, xüsusən də Qəzza zolağında baş verən humanitar faciəni nəzərə alaraq və İsrailin beynəlxalq hüququn pozulması olan zorakı hərəkətlərinə cavab kimi” qəbul edilib.

Prevost əlavə edib ki, Belçika da İsrailə qarşı yeni İsrail məskənlərində istehsal olunan məhsulların idxalına qadağa qoyulması kimi sanksiyaları dəstəkləməyə hazırdır.

Xatırladaq ki, son aylar Qəzza zolağında baş verən humanitar fəlakət və İsrail hakimiyyətinin gələcək planlarına görə Avropa İttifaqında İsrailə qarşı tənqidlər güclənib. Bunun fonunda Fələstinin dövlət kimi tanınması çağırışları və İsrailə qarşı sanksiyalar güclənsə də, bu məsələlərdə birlik yoxdur.

ELÇİN




Bölməyə aid digər xəbərlər