14:23 / 02-09-2025
Milli Məclis bəyanat yayıb
İlham Əliyev Çin şirkətinin sədri ilə görüşüb - Fotolar
Tarix: 02-09-2025 12:02 | Bölmə: Slayd
İlham Əliyev Çin şirkətinin sədri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çinin Tiencin şəhərində “China National Chemical Engineering” (CNCEC) şirkətinin sədri Mo Dinqqı ilə görüşüb.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, söhbət zamanı Azərbaycanla şirkət arasında neft-kimya sənayesi, neft emalı fəaliyyəti və neft-kimya məhsullarının istehsalı sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

“China National Chemical Engineering” (CNCEC) şirkətinin sədri Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu qeyd edib.

Sonda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Çinin Milli Kimya Mühəndisliyi və Tikinti Korporasiyası “Seven LTD” arasında imzalanmış Çərçivə Sazişinin dövlətimizin başçısının və şirkətin sədrinin iştirakı ilə mübadiləsi olub. Sənəd Azərbaycanda və üçüncü ölkələrdə birgə layihələrin icrasını nəzərdə tutur.







Bölməyə aid digər xəbərlər
29-08-2025, 11:00 Yeri fəlakət gözləyir?
25-08-2025, 15:29 Putin Trampı aldadır
25-08-2025, 11:32 NATO dağıla bilər