Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib - Yenilənib
Tarix: 09-02-2026 22:01 | Bölmə: Xəbərlər

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib

Sabiq millət vəkili, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı vəfat edib.

Reyting.az-ın məlumatına görə, o, bu dəqiqələrdə Türkiyədə dünyasını dəyişib.

Fəzail Ağamalının qızı, millət vəkili Günay Ağamalı faktı manşet.az-a təsdiq edib.

Xatırladaq ki, F.Ağamalı Milli Məclisin 6 çağırış üzvü olub.

***

Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalının nəşi bu gecə ölkəyə gətiriləcək.

Reyting.az xəbər verir ki, bu barədə Oxu.Az-a onun oğlu Elçin Ağamalı məlumat verib.

O bildirib ki, hazırda sabiq deputatın harada dəfn ediləcəyi müəyyənləşməyib.

Allah rəhmət eləsin!





Bölməyə aid digər xəbərlər