Qəzzada 72 045 nəfər öldürülüb
Tarix: 12-02-2026 08:50 | Bölmə: Xəbərlər

Qəzzada 72 045 nəfər öldürülüb

İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində 8 fələstinli həlak olub, daha 20 nəfər yaralanıb.

Reyting.az xarici mediaya istinadla xəbər verir ki, atəşkəsə baxmayaraq, İsrail ordusu müxtəlif səbəblər göstərərək Qəzzaya zərbələr endirməkdə davam edir.

Son statistik məlumata görə, 2023-cü ilin oktyabrından İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 72 045 nəfərə çatıb.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər