Kollecə direktor təyin edilib
Tarix: 11-02-2026 09:59 | Bölmə: Xəbərlər

Kollecə direktor təyin edilib

Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə təyinat olub.

Reyting.az xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildiriblər.

Məlumata görə, kollecin direktoru vəzifəsi Səbuhi Qurbanova həvalə edilib.

Agentliyin direktoru Ülkər Səttarova bununla bağlı əmr imzalayıb.

Qeyd edək ki, Səbuhi Qurbanov ötən il Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.





Bölməyə aid digər xəbərlər