Sanki bir mələk… - Din xadimi yazır
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
Tarix: 13-02-2026 00:03 | Bölmə: Xəbərlər

NASA-nın kosmik peyklərinin lentə aldığı yeni fotolar növbəti araşdırma mövzusuna çevrilə bilər. Təqdim edilən peyk görüntüləri Səudiyyə Ərəbistanındakı Vadi əl-Batin adlanan qədim qurumuş çay yatağını göstərib ki, tədqiqatçılar da bunu xristianların müqəddəs kitabı Bibliya mətnlərində barəsində bəhs olunan Pişon çayı ilə əlaqələndiriblər.
Reyting.az xəbər verir ki, Vadi əl-Batin Mədinə şəhəri yaxınlığındakı Hicaz yüksəkliklərindən Şimal-Şərqə, eləcə də Küveyt ərazisinə birləşən körfəzə doğru uzanır. Alimlərin ilkin ehtimallarına əsasən, bu bölgədə qədim dövrlərdə çay deltasına bənzər müxtəlif sulu sahələr mövcud olub.
Lakin amerikalı, həmçinin avropalı alimlərin mövzu ilə bağlı fikirləri üst-üstə düşmür və tədqiqatçıların əksəriyyəti ilkin mərhələdə məhz bu ehtimal üzərində elmi müzakirələr aparmağı düzgün hesab edirlər.
Bu mövzuya tamamilə fərqli aspektlərdən yanaşan bəzi alimlər bildiriblər ki, ümumiyyətlə, Bibliya mətnləri gerçək tarixi, o cümlədən ruhani təsvirləri çox qarışıq şəkildə təqdim etdiyindən, böyük şübhələr yaranır. Buna diqqət çəkən elm adamlarının fikrincə, əsrlər boyu baş verən coğrafi dəyişiklikləri nəzərə almaq şərti ilə, peyk vasitəsilə əldə edilən bu görüntülərdəki qurumuş yatağın qədim Pişon çayı olduğunu söyləmək hələ tezdir.
Tədqiqatçılar bununla bağlı araşdırmaların davam etdiyini bildiriblər.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək