Səmada təyyarənin mühərriki partlayıb
Tarix: 12-02-2026 11:58 | Bölmə: Xəbərlər

Səmada təyyarənin mühərriki partlayıb

Nigeriyada, Laqosdan Port Harkorta uçan “Boeing 737-700” təyyarəsi Port Harkorta yaxınlaşarkən sol mühərrikdən güclü partlayış səsi eşidildikdən sonra təcili eniş etmək məcburiyyətində qalıb.

Reyting.az xəbər verir ki, ekipaj vəziyyəti tez bir zamanda qiymətləndirib və təyyarəni Benin hava limanına yönləndirib.

Sosial mediada paylaşılan videolarda sərnişinlərin təyyarənin təhlükəsiz enişi üçün dua etdikləri görünür.

Təyyarədə 80 sərnişin olub və heyət üzvlərinin sürətli reaksiyası sayəsində bütün sərnişinlər və heyət təhlükəsiz şəkildə təxliyə edilib.

Daha sonra sərnişinlərin təyinat yerlərinə daşınması üçün tədbirlər görülüb.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər