Dəm qazından daha iki nəfər dünyasını dəyişib
Tarix: 12-02-2026 10:38 | Bölmə: Xəbərlər

Dəm qazından daha iki nəfər dünyasını dəyişib

Bakıda 27 yaşlı kişi dəm qazından ölüb.

Hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Məlumata görə, 1999-cu il təvəllüdlü Aleksandr Bayramov yaşadığı Bakıxanov qəsəbəsindəki evin hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Sabirabad rayonunda da dəm qazından ölüm hadisəsi qeydə alınıb. Fevralın 10-da 1966-cı il təvəllüdlü Nəzakət Əhmədova yaşadığı Qaratəpə kəndindəki evin hamamında dəm qazından zəhərlənərək ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.





Bölməyə aid digər xəbərlər