Ramiz Mehdiyevin köməkçisinin həbs müddəti uzadılıb
Tarix: 09-02-2026 20:08 | Bölmə: Xəbərlər

Ramiz Mehdiyevin köməkçisinin həbs müddəti uzadılıb

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının sabiq əməkdaşı Eldar Əmirovun həbs müddəti uzadılıb.

Reyting.az xəbər verir ki, bununla bağlı Səbail Rayon Məhkəməsində qərar qəbul olunub.

Qərara əsasən, Eldar Əmirov barəsində seçilmiş həbs qətimkan müddəti 4 ay müddətinə uzadılıb.

Qeyd edək ki, Eldar Əmirov Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt Administrasiyanın əməkdaşı olub, daha sonra son vaxtlara kimi onun köməkçisi qismində fəaliyyət göstərib.(APA)





Bölməyə aid digər xəbərlər