Bolqarıstanda "Şuşa Parkı" salınacaq - Fotolar
Tarix: 12-02-2026 10:04 | Bölmə: Xəbərlər

Bolqarıstanda "Şuşa Parkı" salınacaq

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanda işgüzar səfərdədir.

Reyting.az xəbər verir ki, bu barədə komitədən bildiriblər.

Səfər çərçivəsində ötən gün Azərbaycan Hökuməti ilə Bolqarıstan Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında "Şuşa Parkı"nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş imzalanıb.

Sənəd iki ölkə arasında mədəni-humanitar əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşımaqla yanaşı, "Şuşa Parkı"nın salınması və yenidən qurulması istiqamətində tərəflər arasında əməkdaşlığın və layihənin icrasının hüquqi əsasını müəyyən edir.





Bölməyə aid digər xəbərlər