Sanki bir mələk… - Din xadimi yazır
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
Tarix: 10-02-2026 10:33 | Bölmə: Xəbərlər

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Habil Qurbanovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Reyting.az Pravda.az-a istinadla xəbər verr ki, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Habil Qurbanov barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.
İttiham aktına əsasən, hadisə 26 iyul 2025-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində qeydə alınıb.
Belə ki, Habil Qurbanov həmin gün arvadı S.S,-in (adı, soyadı şərtidir) “WhatsApp”ında iş yoldaşı olan zərərçəkmiş Fərəc Vəliyevlə (adı, soyadı şərtidir) mehribancasına yazışdığını və Abşeron rayonu, Saray qəsəbəsində, DYP postunun yaxınlığında yerləşən “Araz” supermarketin qarşısında görüş təyin etdiyini öyrənib. Bundan sonra təqsirləndirilən şəxs saat 13:00 radələrində qeyd edilən supermarketin qarşısına gəlib.
Hadisə zamanı o, arvadının idarə etdiyi avtomobildə Fərəclə birlikdə olmasını görüb və qısqanclıq zəminində maşının ön qapısını açaraq sürücünün yanında əyləşmiş zərərçəkmiş şəxsin sifət və baş nahiyəsinə qəsdən bir neçə dəfə yumruqla zərbə endirib. Daha sonra Habil Fərəci avtomobildən düşürərək “Araz” supermarketin qarşısında yenidən onun sifət nahiyəsinə qəsdən bir neçə dəfə yumruqla vurub. Nəticədə zərərçəkmiş şəxs sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sol alt göz qapağının qançırı, sağ kürək nahiyəsinin qançırları, eləcə də sağ baldırın sıyrığı şəklində xəsarətlər alıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilib.
Məhkəmə iclasında zərərçəkmiş Fərəc Vəliyev ifadəsində bildirib ki, o, “Bravo” mağazasının filiallarının birində müdir müavini vəzifəsində çalışır. O, təqsirləndirilən şəxsin həyat yoldaşı ilə aralarında heç bir münasibətin olmadığını deyib və hazırda Habillə barışdığını, ona dəymiş ziyan ödənildiyini, şikayət və tələbi yoxdur.
Bölməyə aid digər xəbərlər















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək