33 yaşlı kişi tüstüdən boğularaq ölüb
Tarix: 12-02-2026 09:36 | Bölmə: Xəbərlər

33 yaşlı kişi tüstüdən boğularaq ölüb

Qusar rayonunda 33 yaşlı kişi tüstüdən boğularaq ölüb.

Reyting.az xəbər verir ki, 1993-cü il təvəllüdlü Müslümov Ramik Carulla oğlu Aşağı Ləgər kəndində yerləşən və tək yaşadığı fərdi evin yataq otağında elektrikli qızdırıcının yanaraq əriməsi nəticəsində kəskin qoxulu tüstüdən yatdığı yerdə boğularaq dünyasını dəyişib.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.





Bölməyə aid digər xəbərlər