











Tarix: 26-01-2016 19:00 | Bölmə: Xəbərlər
Azərbaycanın hər bir regionunda 6 aylıq müqavilələr əsasında ictimai işlərə cəlb etmək yolu ilə 300-dək əlavə iş yeri açıla bilər.
Reyting.az-ın Trend-ə istinadən məlumatına görə,
bunu jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov
deyib.Onun sözlərinə görə, ilkin mərhələdə bunu 6 aylıq
və 1 illik müqavilələr əsasında və dövlət büdcəsindən maliyyələşən müxtəlif
dövlət müəssisələrində, eləcə də dövlətə məxsus iri şirkətlərdə vakant yerləri
doldurmaqla etmək olar.
S.Müslümov qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyində SOCAR və "Azəriqaz" İB-nin nümayəndələri ilə geniş
müşavirədə ölkənin müxtəlif regionlarında
əlavə iş yerlərinin sayını müəyyənləşdirə biləcəyik və onların açılmasına start
verəcəyik. Nazir deyıb ki, belə müşavirələr
digər dövlət strukturları ilə də keçiriləcək və vakant yerlər doldurulacaq.
Bölməyə aid digər xəbərlər