Ruslar Vinnitsa şəhərinə hücum edib
Tarix: 16-07-2025 10:35 | Bölmə: Dünya
Ruslar Vinnitsa şəhərinə hücum edib

Ruslar gecə saatlarında Ukraynanın Vinnitsa şəhərinə kütləvi hücuma keçiblər, mülki infrastruktur vurulub, yaralılar var.

Reyting.az
xəbər verir ki, Vinnitsa vilayət hərbi administrasiyası sədrinin birinci müavini Nataliya Zabolotnayanın məlumatına görə, Rusiyanın hücumu nəticəsində yaralananların sayı yeddi nəfərə çatıb, ikisinin vəziyyəti ağırdır. Onlardan beş nəfəri yanıq xəsarətləri alıb.

“Sənaye infrastrukturu obyektlərinə və dörd evə ziyan dəyib, yanğınlar baş verib”, - o əlavə edib.

Xatırladaq ki, bir qədər əvvəl şəhərin meri Sergey Morqunov 4 qurban barədə məlumat verib.

Bundan əlavə, indiyədək Xarkova hücum nəticəsində 3 nəfərin yaralandığı məlumdur.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər