Ermənistan döyüşdəki itkilərini gizlədir
Tarix: 13-07-2020 11:12 | Bölmə: Xəbərlər
Ermənistan döyüşdəki itkilərini gizlədir

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutub və irəliləməyə cəhd göstərib.

Azərbaycan tərəfinin cavab atəşi ilə düşmən itki verərək geri çəkilib.

Təbii ki, hər iki tərəf itki verib və Ermənistanın itkilərinin daha çox olduğu bildirilir. Amma Ermənistan Müdafiə Nazirliyi itkilərini gizlətməyə çalışır.

Reyting.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi iki hərbçisinin yaralandığını bəyan etməklə kifayətlənib.

Düşmən ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan yaralıların döyüş bölgəsinə ezam olunmuş polis əməkdaşları olduğunu əlavə edib.

Amma erməni ictimaiyyətindəki qeyri-rəsmi məlumatlarda Ermənistanın itkilərinin qat-qat çox olduğu bildirilir. İtkilərin rəsmi səviyyədə gizlədilməsi isə Ermənistanda narazılıqlara səbəb olub.




Bölməyə aid digər xəbərlər