Ramin Quluzadə kadr dəyişikliyi edib - Əmr
Tarix: 27-01-2017 15:27 | Bölmə: Xəbərlər

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bu gün daha bir təyinata imza atıb.

Nazirin əmrinə əsasən, Nəriman Salmanov Sumqayıt Telefon Qovşağının rəisi təyin edilib.

Məlumata görə, bu gün Sumqayıtda vətəndaşları qəbul edən nazir Ramin Quluzadə həm də yeni rəisi kollektivə təqdim edib.

Qeyd edək ki, N.Salmanov bu gündək Sabunçu Telefon Qovşağının rəisi vəzifəsində çalışıb.

Onu da qeyd edək ki, Qovşağın rəisi vəzifəsini bu günədək İqbal Yusifov icra edirdi.(MİA.az)

 





Bölməyə aid digər xəbərlər