17:25 / 03-05-2024
Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişiklyi təsdiqləyib
17:23 / 03-05-2024
Ukraynaya IRIS-T sistemləri göndərən Berlindəki zavod yanır
17:17 / 03-05-2024
Prezident İlham Əliyev fərman imzalayıb
17:16 / 03-05-2024
Neftin qiyməti son üç ayda rekord dərəcədə aşağı düşüb
17:00 / 03-05-2024
Azərbaycan ilə Ermənistan arasında sərhədlə bağlı yeni razılaşma olacaq
16:58 / 03-05-2024
Güclü külək və yağışlı hava olacaq - Xəbərdarlıq
16:45 / 03-05-2024
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verilib
16:36 / 03-05-2024
Tatarıstana genişmiqyaslı kiberhücum başlayıb
16:35 / 03-05-2024
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib
16:18 / 03-05-2024
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib
16:00 / 03-05-2024
XİN Böyük Britaniya səfirinə cavab verib
15:51 / 03-05-2024
İspaniya klubları türk oyunçunu transfer etmək istəyir
15:37 / 03-05-2024
Yeni mafiya dəhşətli cinayətlərini artırır
15:35 / 03-05-2024
Milli Məclis daha 18 qanuna dəyişiklik edəcək - Siyahı
15:25 / 03-05-2024
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb
15:20 / 03-05-2024
Avropa Komissiyasının rəsmisi: "Cənubi Qafqaz regionunda sülh hər şeyi dəyişəcək"
14:51 / 03-05-2024
Aİ, Fransa və Çin liderlərinin üçtərəfli görüşü olacaq
14:30 / 03-05-2024
COP29.az vebsaytı istifadəyə verilib
14:16 / 03-05-2024
Elmar Vəliyevi güllələyənlə bağlı daha bir qərar verilib
14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
13:58 / 03-05-2024
G7 Rusiya aktivlərinin tam müsadirəsindən imtina edib
13:43 / 03-05-2024
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb edilib - (Yenilənib)
13:35 / 03-05-2024
Azərbaycan genişmiqyaslı müharibəyə hazırlaşır?
13:29 / 03-05-2024
Azərbaycanla İran arasında hərbi əməkdaşlıq müzakirə olunub
13:25 / 03-05-2024
İraqın şimalında daha 32 terrorçu zərərsizləşdirilib
13:03 / 03-05-2024
“Turan Tovuz” və futbolçusu cəzalandırılıb
12:53 / 03-05-2024
Ağdamın üç kəndinə köç olacaq
12:34 / 03-05-2024
Sabahın hava proqnozu açıqlanıb
12:24 / 03-05-2024
Müdafiə Nazirliyinin xidmət rəisi həbs olunub
14:17 / 29-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib) - Foto
18:00 / 28-04-2024
"Qəbələ" Azərbaycan Premyer Liqasını tərk edib
18:14 / 28-04-2024
"Boinq" kosmosa uçacaq - Fotolar
16:48 / 01-05-2024
Prokurorluq əməliyyat keçirib, vəzifəli şəxslər cinayət başında saxlanılıb - (Yenilənib)
15:43 / 30-04-2024
Laçın şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib)
14:28 / 29-04-2024
DİM imtahanların vaxtını dəyişib
17:52 / 28-04-2024
Türkiyə səmasında insanabənzər cismlər peyda olub
12:15 / 29-04-2024
Nazim Bəydəmirlinin məhkəməsi başlayıb
19:27 / 30-04-2024
Şair Elçin Mirzəbəyli ilə görüş keçirilib - Fotolar
17:18 / 01-05-2024
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edib - Video - Fotolar (Yenilənib)
09:41 / 29-04-2024
İki gimnastımız beş medal qazanıb
10:47 / 29-04-2024
Xalq artisti ilə həkimin məhkəməsi yenidən başlayır
Putin Sovet İttifaqının texnoloji avtokratiyasını təkrarlayır
Tarix: 24-09-2021 15:04 | Bölmə: Xəbərlər
ABŞ-ın “Vaşinqton Post” qəzetində “Vladimir Putin axır ki, istədiyi interneti əldə edir” başlıqlı məqalə dərc olunub. Məqaləni “Qırmızı şəbəkə: Rusiyanın rəqəmsal diktatorları ilə yeni onlayn inqilabçılar arasında mübarizə” kitabının müəllifləri olan Andrey Soldatov və İrina Boroqan birgə qələmə alıblar. Reyting.az Novator.az-ın ingilscədən çevirdiyi məqaləni təqdim edir:
Sentyabrın 16-sı - Rusiyada parlamentin aşağı palatasına seçkinin başlanmasına bir gün qalmış parlamentin yuxarı palatasının üzvləri “Google” və “Apple” şirkətlərinin nümayəndələrini çağırıb ittiham etdilər, guya bu şirkətlər səsverməyə qarışır.
Texnologiya şirkətlərinin olmayan cinayəti bundan ibarət idi: onlar istifadəçilərə həbsdə olan müxalifət lideri Aleksey Navalnının tərəfdarlarının səsverməyə yardım üçün yaratdığı tətbiqə giriş imkanı vermişdilər. Sonda hər iki şirkət tətbiqi blokladı, onu özlərinin tətbiqlər sistemindən tamamilə çıxardı.
Moskvanın bu iki Silikon vadisi şirkətini repressiyaya məruz qoyması əsasən Rusiya hökumətinin söz azadlığına qarşı geniş hücumunun bir hissəsi kimi işıqlandırıldı. Ancaq diqqəti məsələnin yalnız bu tərəfi üzərində cəmləsəniz, nə qədər haqlı olsanız belə, daha vacib məqamı gözdən qaçırmış olacaqsınız. Kreml Rusiya internetini – “Runet”i digər kiber məkanlardan ayırmaq haqda strateji qərar qəbul edib.
Aydın olsun deyə izah edək: Kreml Çin kimi internetə “Böyük sədd” çəkmək, “Runet”i xarici aləmdən tam təcrid etmək istəmir. Bunun əvəzində Vladimir Putin istəyir ki, onun təbəələri Rusiya xidmətlərinə və tətbiqlərinə güvənsinlər, yalnız yerli sosial şəbəkələr vasitəsilə ünsiyyət qursunlar, videolara Rusiya platformalarında baxsınlar, informasiyaları Rusiyanın təqdim etdiyi xidmətlərin köməyi ilə axtarsınlar. O ümid edir ki, bütün bunlar xalqı həqiqi reallıqdan uzaq saxlaya, rusiyalıları reallığın yalnız hakimiyyətin beyinlərə yeritməyə çalışdığı formasından asılı qoya bilər.
Rusiya hakimiyyəti artıq yerli axtarış sistemi olan “Yandeks”i ölkədə satılan smartfonların avtomatik seçdiyi axtarış sisteminə çevirib. Təhsil Nazirliyinin rəhbər tutduğu prinsipə əsasən, gələn ildən Rusiyada məktəblər və müəllimlər istər şagirdlərlə, istərsə də valideynlərlə yalnız yerli sosial şəbəkələr vasitəsilə ünsiyyət qura biləcəklər.
Rusiya “YouTube” kanalına alternativ platformanın hazırlanmasını da təşviq edir. Ölkə rəsmiləri Putinin yaxın dostlarının nəzarətində olan “Qazprom”un media qrupunun maliyyələşdirdiyi “RuTube” layihəsinə böyük ümid bəsləyirlər. (Rusiya siyasətçiləri sanki yaddan çıxarıblar ki, artıq bir “RuTube” var, yəni amerikalı transvestit RuPol Çarlzın nəzarətində olan “YouTube” kanalı.)
Heç kim bunu yerli platformaları inkişaf etdirməklə rusiyalılara daha geniş imkanların yaradılması cəhdi kimi qəbul etməməlidir. Eləcə “RuTube” layihəsinə kimin rəhbər seçildiyinə baxmaq kifayətdir ki, əsl niyyət aydın olsun: bu layihəyə Rusiyada internet senzurasını həyata keçirən “Roskomnadzor”un sabiq başçısı Aleksandr Jarov rəhbərlik edir.
Kreml artıq neçə müddətdir öz məqsədini reallaşdırmaq üçün iş aparır. “Roskomnadzor” hələ 2020-ci ildə regional internet provayderlərinə “Google” şəbəkəsinin Rusiyadakı infrastrukturu barədə hesabat verməyi tapşırıb. Fevral ayında Putin rusiyalı redaktorlarla görüşdə bəzi iri platformaları qadağan etmək məsələsinə baxmağa hazır olduğuna işarə vurub. Ancaq o qeyd edib ki, bunu həmin platformaların yerli alternativləri, analoqları yaradılandan sonra edə bilər. Putinin işarə verdiyi məqam demək olar ki, yetişib.
Rusiya prezidentinin bu strategiyasının tarixdə qara presedenti var. 1950-ci illərdə, İosif Stalinin ölümündən az sonra rusiyalı gənc fizik Vladimir Fridkin Sovet İttifaqında ilk fotosurət çıxaran maşın ixtira etmişdi. Fridkinin ixtirası əvvəlcə hamını razı salmışdı və rəsmilər onun cihazını kütləvi istehsala buraxmağı nəzərdən keçirirdilər.
Ancaq tezliklə Dövlət Təhlükəsizlik Komitəsi Fridkinin surət çıxaran aparatını məhv etmək əmrini verdi və aparatı çilik-çilik etdilər. Təhlükəsizlik əməkdaşlarının hansı məntiqə söykəndiyi bəlli idi: onlar insanların bu qurğudan Kommunist Partiyasının nəzarətindən kənar informasiya mübadiləsi üçün istifadə edəcəyindən narahat olmuşdular. Fridkinin ixtirası sərbəst məlumat əldə etmək təhlükəsi yaratdığına görə məhvə məhkum edildi.
Bu qərar sonralar – xaricdən “Xerox” (“Kseroks”) maşınlarını satın almaq məcburiyyətində qalanda Kommunist Partiyasına baha oturdu. Ancaq Sovet İttifaqına bundan da baha başa gələn o oldu ki, ölkə daha genişmiqyaslı texnoloji yarışda Qərbə uduzdu.
1990-cı illərdə Rusiya bir sıra Qərb texnologiyalarını qəbul etdi. Bu öz növbəsində Rusiyanın “Yandeks”, “Kasperski laboratoriyası” kimi texnologiya şirkətlərinin inkişafına heyrətamiz dərəcədə təkan verdi. İndi məhz bu şirkətlərin uğuru Putini və onun ətrafını yenidən təcrid olunma taktikasına güvənmək fikrinə salıb.
Sovet İttifaqının texnoloji avtokratiya təcrübəsi puça çıxdı. Bəs indi necə – Kreml bu təcrübəni yenidən işə salmağın yolunu tapa bilərmi? Deyəsən, Putin düşünür ki, hə.
Rusiya hakimiyyəti yerli müşahidə texnologiyalarının, o cümlədən etirazçıları tapıb üzə çıxarmaq üçün istifadə etdiyi üz tanıyan sistemlərin tətbiqi sahəsində böyük uğurlara imza atıb.
Bu gün Putinə “Xerox”un internet analoqunu çilikləyib tullamaq gərək deyil; onun əlində müəyyən qədər Rusiya alternativləri var və bunlardan ən azı bir vaxtadək istifadə edə bilər. Ancaq Kreml Rusiyanı qlobal kiber məkandan qoparmağa nail olsa, sonda inkişafdan geri qalmaqla bunun altını çəkməli olacaq. Rusiya tarixinin daima dərs götürməli olduğu həqiqət belədir: ölkə özünü təcrid etməklə yox, xarici aləmlə qarşılıqlı əlaqə qurmaqla inkişaf edir.
Bölməyə aid digər xəbərlər

Bu gün, 16:18
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib
Bu gün, 15:35
Milli Məclis daha 18 qanuna dəyişiklik edəcək - Siyahı
Bu gün, 15:25
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb
Bu gün, 14:16
Elmar Vəliyevi güllələyənlə bağlı daha bir qərar verilib
Bu gün, 13:25
İraqın şimalında daha 32 terrorçu zərərsizləşdirilib
Bu gün, 12:53
Ağdamın üç kəndinə köç olacaq
Bu gün, 11:38
Kəlbəcər şəhərinin Baş planı təsdiqlənib - Yenilənib
Bu gün, 11:34
Volkan Dəmirəl "Hatayspor"dan istefa verib
Bu gün, 10:49
Sertifikasiya imtahanlarının vaxtları açıqlanıb
Dünən, 18:59
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
Dünən, 18:22
Ukraynanın 593 təyyarəsi, 270 helikopteri vurulub
Dünən, 17:27
Qırğızıstanda dondurma maşını 29 uşağı vurub
Dünən, 16:57
Əfv Komissiyasının iclası təxirə salınıb - Yenilənib
Dünən, 15:49
Ağcabədidə 33 yaşlı qadın öldürülüb
Dünən, 15:29
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib
Dünən, 15:20
Ukrayna daha bir kəndini itirib
Dünən, 15:13
Laçının Sus kəndinə 20 ailə köçürüləcək
Dünən, 13:15
Cəbrayılın Horovlu kəndinə ilk köç hazırlanır
Dünən, 11:00
Sənədisz evlərlə bağlı portal yaradılır - Video
Dünən, 10:23
Kollecə direktor təyin olunub
Dünən, 08:04
“İskəndər” ABŞ-nin “ATACMS”-ni üstələyir
Dünən, 08:00
Tbilisi NATO-ya üzlük perspektivini riskə atır
Dünən, 07:52
Tramp: Bayden dünyanı nüvə müharibəsinə aparır
Dünən, 00:07
İyunda ardıcıl 5 gün iş olmayacaq
1-05-2024, 23:12
Türkiyə hərbçisini ildırım vurub
1-05-2024, 20:09
Sabiq baş mühasib: "134 mini icra başçısına vermişəm"
1-05-2024, 16:00
“İpoteka haqqında” qanuna dəyişikliklər təsdiqlənib
1-05-2024, 15:52
İlham Əliyev baş ravvini qəbul edib
1-05-2024, 14:42
Müdafiə nazirinin daha bir müavini istintaqa cəlb olunur
1-05-2024, 12:47
Ramin Məmmədovun deputat mandatına xitam verilir
1-05-2024, 12:14
Ruslar Kupyanskini tutmağa çalışır
1-05-2024, 10:39
Xankəndidə silah-sursat aşkarlanıb
1-05-2024, 07:38
Britaniya deportasiyaya başlayıb
1-05-2024, 07:35
Zelenski Norveç hökumətinə təşəkkür edib
1-05-2024, 07:30
Xüsusi təyinatlılar Tbilisini tərk edir
30-04-2024, 19:41
NATO Ukraynada Rusiya raketlərini vura bilər
30-04-2024, 18:01
Mərkəz rəhbəri Anar Məmmədli həbs olunub - Yenilənib
30-04-2024, 17:09
Blinken: “Rusiya danışıqlara başlamaq istəsə...”
30-04-2024, 16:12
Gələn ay Şuşaya 20 ailə köçürüləcək
30-04-2024, 15:52
Kəşfiyyat xəbərdar edir: hibrid hücumlar olacaq
30-04-2024, 15:20
Göyçayda oğul atasını döyərək öldürüb - (Yenilənib)
30-04-2024, 14:45
NATO Rusiya ilə müharibəyə hazırlaşır
30-04-2024, 13:57
Fransa səfiri Bakıya qayıdıb
30-04-2024, 13:52
Jurnalist Elnarə Qasımova həbsdən buraxılmayıb
30-04-2024, 12:58
Qəzzada daha 13 fələstinli həlak olub, xeyli yaralı var
30-04-2024, 11:42
Məktəbdə dava: 15 yaşlı uşaq özünü asıb
30-04-2024, 09:38
Sumqayıtda 5 ədəd əl qumbarası tapılıb - Fotolar