23:54 / 20-05-2024
Masallı sakini güllələnib
Sumqayıtda 5 ədəd əl qumbarası tapılıb - Fotolar
Tarix: 30-04-2024 09:38 | Bölmə: Xəbərlər
Sumqayıtda 5 ədəd əl qumbarası tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Reyting.az
xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 5 ədəd F-1 əl qumbarası, 3 ədəd UZRQM partladıcısı və 1 ədəd tüstü şaşqası olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.





Bölməyə aid digər xəbərlər
16-05-2024, 13:14 Azərbaycanda əhali artıb

{sape_links}{sape_article}