08:16 / 28-07-2025
Avropada Trampı tənqid edənlərin sayı artır
08:06 / 28-07-2025
Fələstin dövlətini 147 ölkə tanıyacaq
08:00 / 28-07-2025
“WhatsApp”da yeni funksiya yaradırlar
07:53 / 28-07-2025
Rubio atəşkəs barədə nikbin danışıb
07:47 / 28-07-2025
Fələstində uşaqlar acından ölür
07:41 / 28-07-2025
Kreml NATO-nun təhdidlərinə sərt reaksiya verib
22:45 / 27-07-2025
Yevlaxda 63 yaşlı kişi öldürülüb
19:39 / 27-07-2025
Milli Qəhrəman Natiq Qasımovun anası vəfat edib
18:06 / 27-07-2025
Baş həkim: "Arif Babayevin səhhəti ağır stabil olaraq qalır"
12:14 / 27-07-2025
Sabahın hava proqnozu açıqlanıb
12:08 / 27-07-2025
Xocalı, Xocavənd və Şuşanın dağlıq hissəsindəki yanğınlar söndürülüb - Video
09:05 / 27-07-2025
Xəzər dənizində zəlzələ olub
18:18 / 26-07-2025
Hikmət Hacıyev: "Əgər ABŞ şirkətləri ilə işləyirlərsə, bu, onların işidir"
16:04 / 26-07-2025
Şuşada yanğın nəticəsində mina partlayışları olub
11:24 / 26-07-2025
İlham Əliyev Məhəmməd Muizzuya məktub göndərib
11:03 / 26-07-2025
Talış və Tapqaraqoyunluda yanğın başlayıb
10:59 / 26-07-2025
“Sizə yalvaran olmuşdu ki, "Kontakt"dan mal alın?” - Şikayət
10:41 / 26-07-2025
Nazirlik əhaliyə müraicət edib
09:45 / 26-07-2025
Tələbələrimiz Avropa çempionu olub - Foto
09:40 / 26-07-2025
Dəm qazı bir nəfərin həyatına son qoyub
08:38 / 26-07-2025
Ərdoğan Putinlə Trampı İstanbulda görüşdürmək istəyir
23:43 / 25-07-2025
Bakıda ermənilər hakim qarşısına çıxarılıb
21:34 / 25-07-2025
Qarabağda yenidən güclü yanğınlar başlayıb - (Yenilənib)
20:19 / 25-07-2025
Ceyhun Bayramov Hakan Fidanla müzakirə aparıb
18:32 / 25-07-2025
DİN-də əməliyyat müşavirəsi keçirilib - Foto
18:20 / 25-07-2025
Oleq Bakinskiyə hökm oxunub
18:03 / 25-07-2025
Ceyhun Bayramov Slovakiyanın səfirini qəbul edib
17:33 / 25-07-2025
Professor: Rusiya Gürcüstanı itirib, Ermənistanı itirir, Azərbaycanı itirmək üzrədir
17:15 / 25-07-2025
Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər - Video
17:10 / 25-07-2025
Rusiyada daha bir azərbaycanlı biznesmenin ofisində axtarışlar aparılır
17:03 / 24-07-2025

11:20 / 24-07-2025

15:12 / 23-07-2025

15:04 / 24-07-2025

13:58 / 24-07-2025

11:00 / 24-07-2025

14:46 / 25-07-2025

12:59 / 24-07-2025

17:33 / 25-07-2025

14:53 / 23-07-2025

14:03 / 24-07-2025

12:33 / 24-07-2025

Alim düşüncəsinin işığında
Tarix: 31-10-2022 11:10 | Bölmə: Xəbərlər

Mübariz Süleymanlı - 60
Yaradıcı insanlar xalqın mədəniyyət tarixini, ictimai və kulturoloji fikir tarixini zənginləşdirir, onların ideyaları xalqın mədəni sərvətinə çevrilir. Ziyalı – xalqın danışan dili, görən gözü, düşünən beyni, vuran qəlbidir. Ziyalı o şəxsdir ki, mənsub olduğu xalqın keçmişini qoruyur, bu gününü yaşadır, sabahını qurur.
Cəmiyyətin gələcək tərəqqisi üçün bugünkü gəncliyə nəyi və necə bildirmək ziyalının ümdə, başlıca vəzifəsidir. Ziyalı olmaq təkcə savadla ölçülmür. Çünki bir, yaxud bir neçə ali məktəb bitirməklə əla savadlanmaq olar, lakin ziyalı olmaq üçün bu azdır. O, böyük qəlbə malik olmalı, ən birincisi Vətənini, xalqını sevməli, insanların rifahı, xoş gələcəyi naminə yeri gələndə nəyisə qurban verməyi bacarmalıdır. Ziyalı – öz davranışı, mədəniyyəti, əxlaqı və biliyi ilə nümunə olmağı bacaran, bir sözlə, şəxsiyyətdir. Əslində, həmin şəxsiyyətin portret cizgilərini müəyyənləşdirmək, sözlə təsvir etmək o qədər də asan deyil.
Belə insanlardan biri – əsl ziyalı adının şərəf və məsuliyyətini yaşadan görkəmli alim, nəcib insan, fəlsəfə elmləri doktoru, professor Mübariz Süleymanlı – müsahibimdir. Onunla həmsöhbət olanda içimdə bir qürur hissi yaranır. Zəngin mənəvi aləminə, bənzərsiz fikir dünyasına, geniş erudisiyasına qibtə edirəm. Çünki bu sahədə tədqiqat aparmasam da, ümumiyyətlə, həmişə kulturoloji problemlərlə maraqlanmışam. Onun söhbətləri, işə professional münasibəti, maraqlı mülahizələri hər kəsdə onunla danışmağa ehtiyac hissi yaradır, bəzən hansısa fikir mübadiləsi zamanı mübahisələr də yaranır.
Mübariz müəllim zəhmət dolu bir ömür yaşayır. Dönüb arxaya baxanda ömür kitabına köçürdüyü mənalı yaşanmış aylar, illər üçün təəssüflənmir.
Mübariz Süleymanlı kimdir?
İllərlə iş yoldaşımız olan Mübariz müəllimin sadəliyindəki böyüklüyünü bir daha yəqin etdim, irili-xırdalı əsərləri, dərslikləri, tədqiqatları, monoqrafiyaları gözlərim önünə gəldi. Fikirləşdim: bəlkə insan öz həmkarının gündəlik zəhməti ilə, onun yaratdıqları ilə hər gün rastlaşdığına görə bu ona adi görünür? Sonra da bu şəxsin elmə verdiyi faydalı xidmətləri qiymətləndirərkən, bir alim ömrünün zirvəyə gedən yolunu nəzərdən keçirmək yerinə düşər, – deyə düşündüm. Bu görüşün arxasında isə zəhmətkeş bir insanın ömür yolu uzanır…
Müdriklər deyirlər ki, həyat arzuları gerçəkləşdirməkdən ibarətdir. Bu arzular nə qədər böyükdürsə, həyat da o qədər mənalıdır. Təhsildə müvəffəqiyyəti, elmi işə böyük marağı, elmi axtarışları hər şeydən üstün tutaraq, o, bu arzu ilə yaşadı və bu istəyini gerçəkləşdirməyi bacardı.
M. Süleymanlı 1962-ci ildə Sabirabad rayonunun Qəzli kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra 1985-ci ildə Bakı Mədəni-Maarif məktəbini, 1989-cu ildə isə Azərbaycan Dövlət İncəsənət Universitetinin “Mədəni-maarif” fakültəsini fərqlənmə diplomları ilə başa vurub. Mübariz müəllim elə həmin ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində işləməyə başlayıb.
Əmək fəaliyyətinə laborant kimi başlayan Mübariz müəllim, sonralar müəllim, baş müəllim, dosent və professor vəzifələrinə qədər ucalıb. Hazırda universitetin “Sosial-mədəni fəaliyyət” kafedrasına rəhbərlik edir.
2000-ci ildə “M.Ə.Rəsulzadə və Azərbaycan mədəniyyəti” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək sənətşünaslıq ixtisası üzrə elmi dərəcə almışdır. 2014-cü ildə isə “XX əsrin əvvəllərində Azərbaycan kulturoloji fikri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Həyat insana bir dəfə verilir. Gərək onu elə yaşayasan ki, keçirdiyin günlər üçün heyfsilənməyəsən. Dönüb arxaya baxanda əməllərinə görə iftixar hissi keçirəsən. Professor Mübariz Süleymanlı bunu bacarır. O, professor olmağın böyük məsuliyyət tələb etdiyini çox gözəl bilir. Mübariz müəllim bütün amalı, əqidəsi, fəaliyyəti ilə gənclərə ən gözəl örnəkdir. Bu istedadlı ziyalının günləri illər arxasında hədər getməyib.
Dönməz və möhkəm iradə sahibi olan, mənalı ömrünü yaradıcılığa həsr edən, kulturoloji fikir tarixi üçün dəyərli fikirlər söyləyən Mübariz müəllimin 5 monoqrafiyası, 5 dərsliyi, 3 metodik vəsaiti və metodik tövsiyəsi, 10 dərs proqramı və 100-dən çox elmi məqaləsi idrakın məhsuludur.
Professor “Sosial-mədəni sahənin idarə olunması”, “Muzeyşünaslıq”, “Tətbiqi kulturologiya” və “Turizmin əsasları” dərsliklərinin də həmmüəlliflərindən biridir.
Mübariz müəllimin məqalələri Türkiyə, İran, Rusiya, Ukrayna kimi ölkələrin elmi nəşrlərində, habelə beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərində dərc olunub. Professor həm də Türkiyədə nəşr edilən “Sosyoloji Yıllığı”, “Sosyologca Dergisi” və “Türk Dünyası İncelemeleri Dergisi” elmi jurnallarının redaksiya heyətinin üzvüdür.
Mübariz müəllimin kulturologiya sahəsində ən aparıcı alimlərlə sıx əməkdaşlıq əlaqələri vardır. Onun alim kimi fəaliyyəti olduqca geniş, çoxşaxəli və nəticəyönümlüdür.
M. Süleymanlı 2001-ci ildən 2009-cu ilə qədər təsisçisi olduğu və AAK-ın qeydiyyatına saldırdığı “Mədəniyyət dünyası” jurnalının baş redaktoru olub. Hazırda AAK-ın qeydiyyatında olan “Simurq” kulturoloji jurnalın baş redaktor müavinidir. “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası idarə heyətinin üzvü və Kulturoloqlar Cəmiyyətinin sədr müavinidir.
O, 2003-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2016-cı ildən isə Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın “Fəlsəfə, psixologiya və sosiologiya elmləri üzrə ekspert şurası”nın üzvüdür. Xarici ölkələrdə iştirak etdiyi tədbirlərdə, görüşlərdə, konfranslarda qarşılaşdığı elmi yeniliklərin, dəyərlərin Azərbaycan elmi mühitinə gətirilməsində xidmətləri danılmazdır.
M. Süleymanlının məhsuldar elmi fəaliyyətinin məhsulu olan “Əhməd Ağaoğlunun ilk elmi əsəri: Şiə dinində məzdəki inancları”, “Əhməd Ağaoğlunun “İslama görə və islamiyyətdə qadın” əsərinə elmi-tənqidi yanaşmalar”, “Azərbaycan kulturoloji fikir tarixindən (XX əsrin əvvəlləri)” və “Kulturoloji irsin tədqiqi problemləri (XX əsrin əvvəllərinin mənbələri əsasında)” monoqrafiyaları oxucular tərəfindən yüksək qiymətləndirilir.
V əsrdə Hindistanda şahların idarəçilik fəlsəfəsi dərsliyi kimi yazılmış “Kəlilə və Dimnə” əsərində deyilir ki, hər insanın həyatında uğuru, səadəti üçün üç amil lazımdır: istək (həvəs), inam və zəhmət. Mübariz müəllimi də bugünkü elmi uğurlara gətirib çıxaran onun elmə olan sonsuz həvəsi, elm yolunda inamlı addımları və zəhmətə qatlaşmasıdır.
Məlumdur ki, hər tədqiqat əsəri dövrün tələblərinə uyğun olaraq ərsəyə gəlir və yeni keyfiyyətlərlə zənginləşir.
M.Süleymanlının illərlə zəhmətinin nəticəsi olan kitablarından biri – “Mədəni irs” dərsliyində mədəni irs fenomeninə və onun müasir beynəlxalq əlaqələrdəki əhəmiyyətinə geniş diqqət yetirilmiş, bəşəriyyətin mədəni inkişafının əsas forma və məzmununun təhlili verilmiş, ümumdünya mədəni irs siyahısına daxil edilmiş mədəni abidələr nəzərdən keçirilmişdir. Üç bölmə və 424 səhifədən ibarət olan bu dərsliyin elmi redaktoru professor Fuad Məmmədovdur. Doktorant, dissertant və magistrantların da faydalana biləcəyi bu dərslikdə ümumdünya mədəni irsinin nəzəri mahiyyətinə və praktiki qorunmasına dair mövzular yer almış, mədəni irs mədəniyyətin xüsusi fenomeni kimi nəzərdən keçirilmiş, dünyada mədəni irsin mühafizəsi problemlərinə baxılmış və Azərbaycanda mədəni irsin qorunması təcrübəsinin müasir məsələlərinə diqqət edilmişdir. Habelə keçmiş nəsillər tərəfindən yaradılmış, bəşəriyyəti maraqlandıran zəngin mədəni irsin qorunması və istifadəsi ilə bağlı beynəlxalq mədəniyyət təşkilatlarının fəaliyyətlərinə yer verilmişdir. Mədəni irs fenomeninə və onun müasir beynəlxalq əlaqələrdəki əhəmiyyətinə geniş diqqət yetirilmiş və ümumdünya mədəni irs siyahısına daxil edilmiş mədəni abidələr nəzərdən keçirilmişdir.
Fransız ədibi M. Monten yazırdı ki, “Mənim kitabımın məzmunu – mən özüməm”. M.Süleymanlının yazılarını oxuduqca bu qənaətə gəldim ki, yazılarının məzmunu da onun özüdür. Professor bugünkü səviyyəyə öz məqsədyönlülüyü, əzmkarlığı və elmə ürəkdən bağlılığı sayəsində yetişib.
Bir məqalədə geniş yaradıcılıq diapazonuna malik alim haqqında yalnız yığcam məlumat vermək mümkündür. Çünki yaradıcılığının ideya əsasları çox genişdir, elmə münasibəti onun yaradıcılığının əsas aparıcı xəttidir.
Tarixən məlumdur ki, sağlam insan zəkası ənənəvi xeyirxahlıq dühası olmuş, insanlıq salnaməsinin tərəqqi yolunu işıqlandırmışdır.
Müəllim ömrünü günəşə bənzədənlər heç də yanılmırlar, həyatının 30 ilini fasiləsiz olaraq gənc nəslin təlim-tərbiyəsinə həsr edən Mübariz müəllim bu gün də eyni arzu ilə işləyir, öz ziyası ilə gənclərin qəlbini nura qərq edir, vətəndaşlıq duyğularını alovlandırır.
Elmi və pedaqoji fəaliyyətini ahəngdar şəkildə davam etdirməyi bacaran professor Mübariz Süleymanlının kulturoloji yaradıcılığını da yeni-yeni əsərləri ilə zənginləşdirəcəyinə ümid və inam bəsləyirik.
Mübariz müəllimin 60 illik ömrünün zirvəsindən arxaya boylananda illərin açdığı naxışlar daha aydın görünür, gözlərimiz önündə böyük bir ümman canlanır. Mənalı ömrün səhifələrini vərəqlədikcə deyirsən: illər ayrıcında günlər hədər getməyib.
Əminə Qədimova
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru
Bölməyə aid digər xəbərlər

Bu gün, 08:16
Avropada Trampı tənqid edənlərin sayı artır
Bu gün, 08:00
“WhatsApp”da yeni funksiya yaradırlar
Bu gün, 07:47
Fələstində uşaqlar acından ölür
Dünən, 22:45
Yevlaxda 63 yaşlı kişi öldürülüb
Dünən, 09:05
Xəzər dənizində zəlzələ olub
26-07-2025, 16:04
Şuşada yanğın nəticəsində mina partlayışları olub
26-07-2025, 09:40
Dəm qazı bir nəfərin həyatına son qoyub
25-07-2025, 23:43
Bakıda ermənilər hakim qarşısına çıxarılıb
25-07-2025, 18:20
Oleq Bakinskiyə hökm oxunub
25-07-2025, 17:15
Hərbi pilotlar təlim-məşq uçuşlarını icra ediblər - Video
25-07-2025, 11:08
Təhsil haqlarının artırılması gündəmdə deyil
25-07-2025, 10:53
Tokayev Türkiyəyə səfərə hazırlaşır
25-07-2025, 10:52
Rusiyanın hərbi-sənaye kompleksləri vurulub
25-07-2025, 10:40
Tanınmış iş adamı həbsdən buraxılıb
25-07-2025, 09:56
Goranboyda iki qadın öldürülüb
25-07-2025, 09:25
Rusiyanın 8 hava limanı bağlanıb
25-07-2025, 08:58
Məşhur döyüşçü və aktyor vəfat edib - Foto
25-07-2025, 08:02
Yağış və qarda turşuluq kəskin artıb
25-07-2025, 07:55
Mərkəzi Kəşfiyyat İdarəsi çevriliş planı hazırlayıb
24-07-2025, 18:26
İlham Əliyev Putinə başsağlığı verib
24-07-2025, 15:31
Xalq artisti Arif Babayev xəstəxanaya yerləşdirilib - Yenilənib
24-07-2025, 14:58
Fəxrəddin Pənahov sərəncama götürülüb
24-07-2025, 14:43
Bloqerə görə həkim cəzalandırılıb
24-07-2025, 14:13
Xarkov şəhəri aviabombalarla vurulur
24-07-2025, 13:54
Paşinyan Rusiyada səfərdədir
24-07-2025, 11:29
Sərnişin təyyarəsi ilə əlaqə kəsilib - Yenilənib
24-07-2025, 10:20
Bakıda su problemi yaranıb - Şikayətlər artıb
24-07-2025, 10:03
Məşhur kurort şəhərinə hücum olub
24-07-2025, 09:59
Ramiz Mehdiyevin qızı məhkəmədə uduzub
24-07-2025, 09:19
Yevlaxda 40 yaşlı şəxs öldürülüb
24-07-2025, 08:13
Marko Rubio Donald Trampa təsir göstərir
24-07-2025, 08:01
Umerov Kiyevin əsas tələbini açıqlayıb
23-07-2025, 23:23
Cavid Qurbanovun oğlu yeni vəzifəyə təyin olunub
23-07-2025, 17:52
Dövlət xadimləri adından saxta məlumatlar yayılır - Foto
23-07-2025, 16:48
Saatlının prokuroru vəzifədən azad olunub - Yeni təyinat
23-07-2025, 16:43
Sahib Rzayev idarə rəisi təyin edilib
23-07-2025, 15:28
Magistraturaya sənəd qəbulu başlayır
23-07-2025, 13:50
Kəlbəcərə prokuror təyin edilib
23-07-2025, 13:45
Prezident Dövlət Agentliyinə iki milyon manat ayırıb
23-07-2025, 13:20
Əməliyyat İdarəsinə rəis təyinatı olub
23-07-2025, 12:00
Tanınmış vəkil “Adore"yə məhkəmədə qalib gəlib
23-07-2025, 10:56
Gəncədə iki qardaş bıçaqlanıb - (Yenilənib)
23-07-2025, 09:41
Fransanın verdiyi qırıcı Ukraynada qəzaya uğrayıb
23-07-2025, 07:58
Baş nazir istefa barədə düşünür
23-07-2025, 07:52
Zelenskinin aqibəti necə olacaq?
22-07-2025, 18:05
İki qardaş atalarını döyərək öldürüb
22-07-2025, 11:56
Vardanyanın cinayət işi üzrə məhkəmə keçirilir
22-07-2025, 11:11
Cəzaçəkmə müəssisəsinə rəis təyinatı olub
22-07-2025, 10:19
Baş katib NATO ölkələrinə çağırış edib
22-07-2025, 09:11
İlham Əliyev jurnalistləri təbrik edib - Foto