ABŞ husilərə ən böyük sanksiyasını tətbiq edib
Tarix: 11-09-2025 22:29 | Bölmə: Dünya
ABŞ husilərə ən böyük sanksiyasını tətbiq edib

Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) “İranın dəstəklədiyi və husilər kimi tanınan Ənsarallah silahlı qruplaşmasına” qarşı bu günə qədərki ən böyük sanksiyasını tətbiq edib. Məlumata görə, 32 fiziki şəxs, qurum və dörd gəmi sanksiya siyahısına salınıb.

Reyting.az
Xəzinədarlıq Departamentinə istinadla xəbər verir ki, bu gün hədəfə alınan şəbəkələr husilərin qlobal qeyri-qanuni vəsait toplama, qaçaqmalçılıq və silah tədarükü əməliyyatlarının bir hissəsidir və husilərlə əlaqəli şirkətlər, onların sahibləri və Yəmən, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Marşal adalarında yerləşən digər əsas Husi yaraqlılarını əhatə edir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər