Nazirin qohumu vəzifədən çıxarılıb
Tarix: 17-09-2018 11:42 | Bölmə: Xəbərlər
Nazirin qohumu vəzifədən çıxarılıb

Fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın kadrların Dövlət Gömrük Komitəsindəki vəzifələrindən uzaqlaşdırılması son günlər daha da sürətlənib.

Reyting.az
saytı AzPolitika.info-ya istinadla xəbər verir ki, Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin əmri ilə Heydərovun bacısının həyat yoldaşı Faiq Şahbazov da işdən çıxarılıb. F. Şahbazov adıçəkilən komitədə İnsan Resursları İdarəsinin rəisi vəzifəsində çalışırmış.

Nazirin qohumu vəzifədən çıxarılıb
F. Şahbazov

Artıq həmin vəzifəyə təyinat da olub. S. Mehdiyev bu vəzifəni tələbə yoldaşı Fərhad Babayevə həvalə edib.

Qeyd edək ki, Faiq Şahbazov Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi vəzifəsinə ötən ilin dekabrında təyin olunmuşdu. O, bundan əvvəl Vergilər Nazirliyinin İnsan Resursları Departamentinin baş direktoru vəzifəsində çalışırdı. Lakin Mikayıl Cabbarovun Vergilər naziri təyinatından 1 gün əvvəl F. Şahbazov həmin vəzifədən istefa vermişdi.

Nazirin qohumu vəzifədən çıxarılıb
F. Babayev

Bundan sonra onu Gömrük Komitəsində işə götürmüşdülər.




Bölməyə aid digər xəbərlər
18-12-2024, 12:29 Ayı ovçunu öldürüb
17-12-2024, 16:35 Ustadın ömürlük sualı

bütün xəbərlər