07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
75 yaşlı kişi minaya düşüb
Tarix: 27-05-2023 10:15 | Bölmə: Xəbərlər
75 yaşlı kişi minaya düşüb

Bu gün saat 8:00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlayışı baş verib.

Reyting.az
-ın məlumatına görə, DİN-nin mətbuat xidmətinin regional qrupundan bildiriblər ki, kənd sakini 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun minaya düşməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək A. Ələsgərovu xəstəxanaya çatdırıblar.

Onun sol ayağından xəsarət aldığı bildirilir.

Hazırda A. Ələsgərovun müalicəsi Qazax rayon mərkəzi xəstəxanasında davam etdirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}