ABŞ-ın 400 ən zəngin insanının varidatı 3 trilyon dollara yaxınlaşıb
Tarix: 03-10-2018 20:15 | Bölmə: Cəmiyyət
ABŞ-ın 400 ən zəngin insanının varidatı 3 trilyon dollara yaxınlaşıb

ABŞ-ın “Forbes” jurnalının siyahısına düşən 400 ən zəngin adamının var-dövləti 2018-ci ildə 2,9 trilyon dollara yaxınlaşıb.

Reyting.az
bildirir ki, bu, ötən illə müqayisədə 7 faiz yüksək göstəricidir.

ABŞ-ın varlı adamlarının reytinqində ilk sırada 160 milyard dollarla “Amazon”un qurucusu və sahibi Ceff Bezosdur.
O, 24 il dalbadal həmin siyahıya başçılıq edən “Microsoft”un qurucusu Bill Qeytsi ikinci sıraya itələyib. “Forbes” onun varidatını 97 milyard dollar dəyərləndirib.

Üçüncü sırada 88,3 milyard dollarla investor Uoppen Baffetdir.

Varlı amerikalıların siyahısında dördüncü yer “Facebook”un qurucusu Mark Zukerberqdir (varidatı 61 milyard dollardır).

Sonrakı yerdə 58,4 milyard dollarla kompüter proqramlarının istehsalçısı olan “Oracle” şirkətinin qurucusu Larri Ellison qərarlaşıb. “Alphabet” şirkətinin direktoru Larri Peyc 53,8 milyard dollarla altıncı sıradadır.

Yeddi və səkkizinci mövqelərdə “Koch Industries” ailə şirkətinin baş və icraçı direktorları vəzifəsini tutan Çarlz və Devid Koxi qardaşlarıdır. Onların varidatı 53,5 milyard dollar qiymətləndirilir.

Doqquzuncu yer “Alphabet”in prezidenti (52,4 milyard dollar) Sergey Brinuya qismət olub.

İlk onluqda 51, 8 milyard dollarla öz adını daşıyan işgüzar informasiyalar agentliyinin qurucusu Maykl Blumberq də var.

ABŞ prezidenti Donald Tramp reytinqdə 248-cidir. Onun varidatı 3,1 milyard dollardır.




Bölməyə aid digər xəbərlər
11-12-2018, 12:20 Sabah hava çiskinli olacaq
10-12-2018, 11:18 Lerikdə zəlzələ olub
8-12-2018, 13:04 Sabah yağış yağacaq