Azərbaycanda 18 minə yaxın uşaq ölüb
Tarix: 20-11-2018 10:34 | Bölmə: Cəmiyyət
Azərbaycanda 18 minə yaxın uşaq ölüb

2008-2017-ci illərdə Azərbaycanda doğulan və ölən körpələrin sayı açıqlanıb.

Reyting.az bildirir ki, son 10 ildə ölkədə 835187 uşaq dünyaya doğulub.

Son 10 ildə Azərbaycanda 1 yaşadək olan 17 992 körpə müxtəlif səbəblərdən ölüb. Onlardan 791-i infeksion və parazitar xəstəliklərdən, 3 366-sı tənəffüs sistemi xəstəliklərindən, 8 186-sı perinatal dövrdə meydana çıxan bəzi hallardan, 2 223-ü anadangəlmə anomaliyalardan (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntularından, 196-sı isə travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin məlumatına görə, həmin müddətdə hamiləlik, doğuş və zahılıq dövründə 273 ana ölümü baş verib.

Ümumilikdə, son on ildə Azərbaycanda müxtəlif səbəblərdən ölən şəxslərin sayı 546 068 nəfər təşkil edib. Onlardan 66 503-ü yenitörəmələrdən, 331 672-si qan dövranı sisteminin xəstəliklərindən, 20 331-i tənəffüs sistemi xəstəliklərindən, 25 476-sı isə travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən həyatını itirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}