Paşazadənin “iqtisadi imperiyası” ölkə sərhədlərini aşıb - Fotolar
Tarix: 14-09-2017 13:37 | Bölmə: Cəmiyyət
Paşazadənin “iqtisadi imperiyası” ölkə sərhədlərini aşıb

Bir müddət əvvəl bir çox azərbaycanlı məmurların şəxsi bizneslərini Çexiyaya daşıdığı bildirilirdi. Bu sırada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin də adı hallanır. Məlumata görə, QMİ sədrinin kurort şəhəri olan Karlovı-Varıda biznesi var və o da məmur-oliqarxlardan geri qalmır.

Reyting.az saytı Bakipost-a istinadla xəbər verir ki, A.Paşazadə əsasən Azərbaycana ixrac olunan tərəvəz məhsullarını inhisarında saxlayır. Sayt yazır ki, amma o, bir qayda olaraq belə məlumatlara münasibət bildirmir, ortaya sübut qoyulmasını istəyir.

Paşazadənin “iqtisadi imperiyası” ölkə sərhədlərini aşıb

Sayt QMİ sədrinin bu sıradan olan açıqlamalarından sitat da gətirib:

"Bəzən mənim adımı şüşə, armatur, alma, soğan və kartof biznesi ilə məşğul olan şəxs kimi hallandırırlar. Bunların heç biri həqiqətə uyğun deyil. Bir şey haqqında danışanda ortaya sübut qoymaq lazımdır”.

Paşazadənin “iqtisadi imperiyası” ölkə sərhədlərini aşıb

Sosial şəbəkələrdə A.Paşazadənin Çexiyada biznesinin olduğu haqqında da məlumatlar yayılıb. Həmin məlumatlardan birində fotolar, Çexiyanın müvafiq qurumlarının reyestr məlumatları təqdim olunur.

Sitat: "Marketa Şpişakova adlı bu çex qadın Şeyxülislam Allahşükür Paşazadənin şərikidir, 36 yaşı var. İxtisasca həkimdir, heç bir sərmayə qoymadan Allahşükür Paşazadənin və Milli Məclisin deputatı Cavanşir Paşazadənin Çexiyada, Karlovı-Varıda açdığı ”Aynur KV" şirkətinin ortağı olub. Qadının valideynləri də 3 şirkətə sahibdirlər”.

Paşazadənin “iqtisadi imperiyası” ölkə sərhədlərini aşıb

İddia olunur ki, "Anur KV” qrupu avtomobillərin lizinqi və kirayəsi, daşınmaz əmlak alqı-satqısı ilə məşğuldur. MMC kimi Skroupova, 36001, Karlovy Vary ünvanında qeydiyyatdan keçib. Aylıq gəliri 1 milyon kron göstərilir (təxminən 100 min manat).

İkinci şəkildəki isə Şeyxülislamın Karlovı Varıda həmin şirkətin adına aldığı villasıdır.

Paşazadənin “iqtisadi imperiyası” ölkə sərhədlərini aşıb

Qeyd edək ki, A.Paşazadənin və onun deputat qardaşının adı bundan əvvəl ölkə daxilində qurulan daha bir biznes layihəsindən doğan mübahisədə hallanırdı. Məsələnin mahiyyəti bu idi ki, Müğdət Həşimov Paşazadələrlə birgə fəaliyyət haqda müqavilə imzalamışdı. Müqavilə üzrə M.Həşimov Paşazadələrə məxsus "Medi-Sina” klinikasını işlətmiş, sonradan tərəflər arasında mübahisə yaranmışdı.Bundan sonra Paşazadələrin yaxın adamı, "Hacı Mazan” kimi tanınan Ramazan Zeynalov dövriyyəyə girib və onun iddiası əsasında M.Həşimov həbs olunub. Bir müddət əvvəl isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. Paşazadələrə məxsus "Medi-Sina” klinikasına avadanlıqların alınması məqsədilə ayrılmış vəsaitdən 193 min manatın mənimsənilməsində ittiham olunan Müğdət Həşimov özünü təqsirli bilmir.

Mətbuatda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Çexiyada özünə mülk alıb, böyük biznes qurması barədə məlumat yayılıb.

Paşazadənin “iqtisadi imperiyası” ölkə sərhədlərini aşıb

Bildirilib ki, şeyxülislamın kurort cənnəti hesab olunan Karlovı Varıda biznesi var. Həmin məlumatlardan birində fotolar, Çexiyanın müvafiq qurumlarının reyestr məlumatları təqdim olunur.

Sitat: “Marketa Şpişakova adlı bu çex qadın şeyxülislam Allahşükür Paşazadənin şərikidir, 36 yaşı var. İxtisasca həkimdir, heç bir sərmayə qoymadan Allahşükür Paşazadənin və Milli Məclisin deputatı Cavanşir Paşazadənin Çexiyada, Karlovı Varıda açdığı “Aynur KV" şirkətinin ortağı olub. Qadının valideynləri də 3 şirkətə sahibdirlər.

Paşazadənin “iqtisadi imperiyası” ölkə sərhədlərini aşıb

“Aynur KV” qrupu avtomobillərin lizingi və kirayəsi, daşınmaz əmlak alqı-satqısı ilə məşğuldur. MMC kimi Skroupova, 36001, Karlovy Vary ünvanında qeydiyyatdan keçib. Aylıq gəliri 1 milyon kron göstərilir (təxminən 100 min manat)”.

Paşazadənin “iqtisadi imperiyası” ölkə sərhədlərini aşıb

Media Şeyxülislamın Karlovı Varıda həmin şirkətin adına aldığı villasının da fotosunu yayıb.

Reyting.az-ın xəbərinə görə, məsələ ilə bağlı Şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə açıqlama verib.

Paşazadənin “iqtisadi imperiyası” ölkə sərhədlərini aşıb

C.Paşazadə Modern.az-a deyib ki, bu haqda 7-8 ildir məlumat yayılır.

“Neçə dəfələrlə bu barədə tapıblar, yazıblar və mən də cavab vermişəm. Zarafatca da demişəm ki, olanda nə olar ki? Mən istərdim ki olsun, kaş olaydı. Əfsuslar olsun ki, yoxdu. Bunların hamısı yalan mlumatlardır. Qoy yazsınlar da”.

C.Paşazadənin sözlərinə görə, yazılanlar onun üçün maraqlı deyil: “Yazsınlar da. Onlar bizi söyməyib, döyməyib. Kişinin var-dövləti olar da. Mən deyirəm ki, yoxdur. Yayılan məlumatlar yalandır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}