General-mayor: Çevik Polis Alayının əməkdaşları 30.667 şəxsi saxlayıb
Tarix: 22-01-2018 17:03 | Bölmə: Cəmiyyət
General-mayor: Çevik Polis Alayının əməkdaşları 30.667 şəxsi saxlayıb

Əlahiddə Çevik Polis Alayında 2017-ci il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Reyting.az saytı Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, müşavirədə daxili işlər naziri Ramil Usubov da iştirak edib.

Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Zaur Abdullayev hesabat dövründə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.

Alay komandiri bildirib ki, ölkənin müxtəlif yerlərində keçirilmiş 40 kütləvi, o cümlədən respublika və beynəlxalq əhəmiyyətli tədbirə cəlb olunan şəxsi heyət üzərinə düşən vəzifələrinin öhdəsindən layiqinsə gəlib. Patrul bölüklərinin xidmət apardığı ərazilərdə kriminogen durum bütövlükdə nəzarətdə saxlanılıb, cinayətlərin və digər hüquqpozmaların aşkarlanması və qarşısının alınması üçün paytaxtın polis orqanları ilə birgə zəruri tədbirlər görülüb. Nəticədə post və marşrutlarda 30.667 şəxs, o cümlədən müxtəlif cinayətlər törətmiş 821, inzibati xətalara yol vermiş 29.846 nəfər saxlanılaraq barələrində qanunauyğun tədbirlərin görülməsi təmin edilib.

Hüquqazidd əməllərə görə saxlanılanlardan 300-ü xuliqanlıq, 257-si oğurluq, 21-i soyğunçuluq, 49-u dələduzluq, 90-ı narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olan, 80-i axtarılan, 24-ü isə digər cinayətlər törədən şəxslər olub.

Bununla bərabər, xırda xuliqanlığa görə 1166, avaralıq və dilənçiliyə görə 2899, məişət səs-küyünə yol verən 1.586 nəfər müəyyən edilərək aidiyyəti polis orqanlarına təhvil verilib. Əvvəlki dövrə nisbətdə aşkarlanan sinayətlərin və inzibati xətaların sayı 7,7 faiz çox olub.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}