Müəllimlər üçün yeni maaş sxemi qüvvəyə minib
Tarix: 03-02-2018 00:11 | Bölmə: Cəmiyyət
Müəllimlər üçün yeni maaş sxemi qüvvəyə minib

Yanvar ayının 1-dən etibarən dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşları açıqlanıb.

Bu, Nazirlər Kabinetinin "Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” qərarında əksini tapıb. Diaqnostik qiymətləndirilmədən keçmiş ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan ali təhsilli müəllimin bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı pedaqoji stajı 3 ilədək olduqda 350 manat, pedaqoji stajı 3 ildən 8 ilədək olduqda 375 manat, pedaqoji stajı 8 ildən 13 ilədək olduqda 395 manat, pedaqoji stajı 13 ildən 18 ilədək olduqda 420 manat, pedaqoji stajı 18 ildən çox olduqda 450 manat olacaq.

Diaqnostik qiymətləndirilmədən keçmiş ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan orta ixtisas təhsilli müəllimin bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı pedaqoji stajı 3 ilədək olduqda 320 manat, pedaqoji stajı 3 ildən 8 ilədək olduqda 335 manat, pedaqoji stajı 8 ildən 13 ilədək olduqda 350 manat, pedaqoji stajı 13 ildən 18 ilədək olduqda 370 manat, pedaqoji stajı 18 ildən çox olduqda 400 manat olacaq.

Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarına qrup rəhbərliyinə görə 50 manat əlavə ödəniləcək.

Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 500 manat, direktorun müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 450 manat və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 400 manat müəyyən edilib. Bu, Nazirlər Kabinetinin "Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” qərarında əksini tapıb.

Qərara əsasən Təhsil Nazirliyi iki ay müddətində dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində nəticələrə əsaslanan maliyyələşmə sisteminin yaradılması üçün meyarları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etməlidir.

Qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}