PKK-nın aldadıb dağa çıxardığı uşaqlar zorlanırlar
Tarix: 25-10-2018 19:42 | Bölmə: Dünya
PKK-nın aldadıb dağa çıxardığı uşaqlar zorlanırlar

Terror təşkilatı PKK-dan qaçan 3 terrorçu təşkilatın aldadaraq dağa çıxardığı uşaqların zorakılığa məruz qaldığını bildirərək, "Ölümü gözə alıb qaçanlar olur. Yaxalananlar edam edilir" deyib.

PKK-nın aldadıb dağa çıxardığı uşaqlar zorlanırlar

Reyting.az Türkiyə mediasına istinadən bildirir ki, terrorçu təşkilatın rəhbərləri tərəfindən sanki qul kimi istifadə edildiyini söyləyən şəxsin sözlərinə görə, xüsusən uşaqlara qarşı cinsi təcavüzlər və bunun nəticəsində baş verən intihar cəhdləri artıb.

PKK-nın aldadıb dağa çıxardığı uşaqlar zorlanırlar

Təhlükəsizlik qüvvələrinin apardığı nöqtə əməliyyatlarla ölkə daxilində və kənarda ağır itkilər verən terror təşkilatı PKK-dan qaçaraq təhlükəsizlik qüvvələrinə təslim olan terrorçuların etirafları separatçı təşkilatın iyrənc üzünü bir daha nümayiş etdirib.

PKK-nın aldadıb dağa çıxardığı uşaqlar zorlanırlar

Təhlükəsizlik qüvvələrinə sentyabrın 12-də təslim olan G. C. adlı terrorçu, təşkilata Avropadan qoşulan Firat kod adlı B.A. adlı terrorçunun uşaq yaşdakı bir qıza təcavüz etdiyini gördüyünü və qızın qaçmaması üçün edamla qorxudulduğunu deyib.

PKK-nın aldadıb dağa çıxardığı uşaqlar zorlanırlar

Təşkilat içində uşaqların hər cür cinsi istismara məruz qaldığını izah edən terrorçu, uşaqların zəifliyindən istifadə edildiyini, narkotikə öyrədildiklərini, təcavüz və təcavüzlərdən sonra edamla qorxudaraq qaçmalarının mane olmağa çalışıldığını qeyd edib. Buna baxmayaraq, imkan tapanların ölümü gözə alaraq qaçdıqlarını, tutulanların isə edam edildiyini söyləyib.

PKK-nın aldadıb dağa çıxardığı uşaqlar zorlanırlar

Təşkilatdan ayrılaraq sentyabrın 1-də təhlükəsizlik qüvvələrinə təslim olan 15 yaşlı H.R. adlı terrorçu isə özü kimi uşaq yaşda terror təşkilatının hiyləgər tələsinə düşən yoldaşı D.P.nin doqquz dəfə qaçmağa cəhd göstərdiyini, son dəfə yaxalanıb düşərgə sahəsinə gətirildiyini və hər kəsin gözü qarşısında edam edildiyini söyləyib. Terrorçu rəhbərlər tərəfindən sanki qul kimi istifadə edildiyini bildirən H.R. ağır işlərdə işlətmək və terrorçu liderlərin xüsusilə uşaqlara qarşı iyrənc təcavüzlərin və bunun nəticəsində baş verən intihar cəhdlərinin artdığını iddia edib. Həqiqətləri izah etməmələri üçün ailələri ilə görüşdürülmədiklərini, susdurmağa çalışıldıqlarını, əks hərəkət edənlərin öldürülüb, ailələrinə münaqişədə öldü deyildiyini söyləyib.

PKK-nın aldadıb dağa çıxardığı uşaqlar zorlanırlar

Digər xəbərə görə, sentyabrın 26-da təhlükəsizlik qüvvələrinə təslim olan S.F. adlı terrorçu, təhsil aldıqları Gara bölgəsində təşkilat daxilində yasaq əlaqə yaşadığı böhtanına məruz qalan R.K. adlı bir qadın terrorçunun, terror təşkilatının təzyiqinə daha çox dözməyib sinəsinə atəş edərək həyatına son verdiyini qeyd edib. Təşkilat içində qaçışlar kimi intiharların da tez-tez başladığını, edilən zülmlər səbəbindən yaşanılan çətinliklərin dözülməyəcək nöqtəyə gəldiyini danışıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}