ABŞ-da poçtla bomba göndərməkdə şübhəli bilinən şəxs saxlanılıb
Tarix: 26-10-2018 19:49 | Bölmə: Dünya
ABŞ-da poçtla bomba göndərməkdə şübhəli bilinən şəxs saxlanılıb

ABŞ-da poçtla partlayıcı maddə göndərməkdə şübhəli bilinən kişi yaxalanıb.

Reyting.az bildirir ki, bu barədə CNN hüquq-mühafizə orqanlarındakı xüsusi mənbəyə istinadən məlumat yayıb.

Şübhəlinin şəxsiyyəti, saxlanılmasının təfərrüatı hələ ki açıqlanmır. Onun hazırda dindirilməsi prosesi gedir.

Birləşmiş Ştatlarda poçtla göndərilən ümumilikdə 12 bomba aşkar olunub.

Bu bombaların ABŞ-ın keçmiş prezidenti Barak Obamaya, milyarder Corc Sorosa, ər-arvad Klintonlara və Robert De Niroya göndərildiyi məlumdur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-10-2018, 18:54 Məsud Bərzani qayıtdı