London məhkəməsi zərgərlik kralını həbsdən buraxmadı
Tarix: 30-03-2019 00:16 | Bölmə: Dünya
London məhkəməsi zərgərlik kralını həbsdən buraxmadı

London məhkəməsi martın 29-da Britaniya polisinin 2 milyard dollardan çox fırıldaqçılığa görə beynəlxalq axtarışda olduğu üçün saxladığı hindistanlı biznesmen Nirav Modinin azadlığa buraxmaqdan imtina edib.

“Məndə cirov müqabilində azadlığa buraxılandan sonra onun zaminə buraxılması şərtlərinə boyun əyməyəcəyinə ciddi əsaslar var”, - Reyting.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, hakim Emma Arbutnot söyləyib.

Modinin işi üzrə növbəti dinləmə aprelin 26-da keçiriləcək.
Nirav Modi 2 milyard dollardan çox fırıldaqçılıqda ittiham olunur. Hindistanın Mərkəzi araşdırma bürosu ehtimal edir ki, Modi bu məbləği mənimsəmək üçün Pəncab Mərkəzi bankının əməkdaşları ilə işbirliyinə gedib.

Hindistan tarixindəki ən böyük fırıldaqla bağlı 2017-ci ilin axırında məlum olub. Modi və onun qohumları ötən ilin yanvar ayında Hindistandan qaçıblar.

O, Hindistanın zərgərlik kralı hesab olunur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}