Ordu Prezident sarayına gedən yolu bağladı
Tarix: 08-04-2019 20:58 | Bölmə: Dünya
Ordu Prezident sarayına gedən yolu bağladı

Sudan ordusu aprelin 8-də Xartumun əsas küçəsində Prezident sarayına gedən yolu avtomobillər və piyadalar üçün bağlayıb.
Reyting.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bundan əvvəl bildirilib ki, paytaxt Xartumun müxtəlif rayonlarından bir neçə min sakin şəhərin əsas küçəsinə, ordunun Baş Qərargahının yerləşdiyi binaya tərəf irəliləyir.

Sudanın Daxili İşlər Nazirliyi də bu Afrika ölkəsində ötən həftənin şənbə və bazar günləri hakimiyyət əleyhinə keçirilən nümayişlərdə 7 nəfərin öldüyünü təsdiqləyib.

Aprelin 6 və 7-də minlərlə nümayişçi Xartumda və digər şəhərlərdə küçələrə çıxaraq 30 ildir ölkəni idarə edən prezident Omar əl-Bəşirin istefasını tələb ediblər. Nümayişçilər ordunun Baş Qərargahının da binası qarşısına toplaşaraq hərbçiləri xalqın tərəfinə keçməklə prezidentin istefasına nail olmağa çağırıblar.

Sudanda etirazlar 2018-ci ilin dekabr ayından davam edir. Qarşıdurma çörək və digər məhsulların qiymətinin artırılmasından sonra qızışıb və bu da onsuz da yoxsul olan sudanlıları daha da pis vəziyyətlə üzləşdirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}