14:25 / 22-10-2017
Baş konsulluğa hücum olub
İŞİD qlobal terror şəbəkəsi yaratmaq istəyir – FTX-nın rəhbəri
Tarix: 04-10-2017 15:11 | Bölmə: Dünya
İŞİD qlobal terror şəbəkəsi yaratmaq istəyir

İŞİD terror təşkilatı İraq və Suriyadakı məğlubiyyətindən sonra yeni qlobal terror şəbəkəsi yaratmaq niyyətindədir.

Reyting.az-ın xəbərinə görə, Bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov deyib.

“İŞİD liderləri və digər beynəlxalq terror təşkilatlarının əsas hədəfi dünya terror şəbəkəsini yaratmaqdır”, - deyə o bildirib.

Onun sözlərinə görə, hazırda terror təşkilatları qüvvələrini Yaxın Şərq regionu ətrafında məqsədyönlü şəkildə yaymaq istəyir.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi "Ən-Nusra" terror qruplaşmasının komandanlığının məhv edilməsi barədə məlumat yayıb.(Mənbə: APA)



270 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
18-07-2017, 12:46 İran odla oynayır