12:48 / 26-04-2024
Sabah hava necə olacaq? - Proqnoz
12:45 / 26-04-2024
XİN: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"
12:43 / 26-04-2024
Əliyevin tarixi gedişi: Berlinə aparılan “qovluq”da nələr var?
12:29 / 26-04-2024
Kosmik Stansiyada tapılan təhlükəli bakteriyalar insanlar üçün əhəmiyyətli ola bilər
12:14 / 26-04-2024
İlham Əliyev: "Bizim Avropa bazarlarına nəql ediləcək resurslarımız var"
11:46 / 26-04-2024
Ukraynaya qarşı savaş Kremldəki kabinetlərə keçir - Politoloq
11:44 / 26-04-2024
Şirvanda əməliyyat: saxlanılanlar var
11:30 / 26-04-2024
İlham Əliyev Almaniyada tədbirə qatılıb - (Yenilənib) - Fotolar
11:21 / 26-04-2024
“Neftçi”nin şikayəti təmin olunmayıb
11:21 / 26-04-2024
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb - Fotolar
11:05 / 26-04-2024
Ən yaşlı albatros "aktiv görüş" rejiminə keçib
10:49 / 26-04-2024
İki elm adamı Ali Attestasiya Komissiyasını məhkəməyə verib
10:34 / 26-04-2024
Deputat: "Əlilliyin təyin edilməsi ilə bağlı boşluq var"
10:15 / 26-04-2024
Xocavənddə 74 mina və 110 partladıcı aşkarlanıb - Saxlanılan var
10:02 / 26-04-2024
Avropa Məhkəməsi Azərbaycanı cərimələyib - İki şikayət üzrə
09:51 / 26-04-2024
"Yeni Klinika"nın mühafizə rəisi saxlanııb
09:37 / 26-04-2024
Süni intellektin köməyi ilə Platonun məzarı tapılıb
09:27 / 26-04-2024
Məşhur aktrisa keçmiş həyat yoldaşının yeni sevgi romanına mane olur
09:27 / 26-04-2024
Keçmiş icra başçısı mülk davasına başlayıb
09:18 / 26-04-2024
Dünya bazarı: Azərbaycan nefti ucuzlaşır
09:03 / 26-04-2024
Arktikadakı istiləşmə Asiyaya təsir göstərir
08:56 / 26-04-2024
Moskva Avropa Parlamentinə seçkilərə müdaxilə edir?
08:47 / 26-04-2024
Bayden Trampın məhkəməsini izləməyə vaxt tapmır
08:36 / 26-04-2024
Fransız muzdluları müharibəyə şirnikləndirirlər
08:31 / 26-04-2024
Çin ABŞ-a yenidən xəbərdarlıq edib
08:26 / 26-04-2024
Ruslar ABŞ-a məxsus "Patriot" sistemini oğurlayır
08:00 / 26-04-2024
Rusiyaya daha sərt idaxal-ixrac qadağası təklif olunur
07:32 / 26-04-2024
Yəhudi qızın portreti 30 milyon avroya satılıb - Fotolar
07:14 / 26-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı gedib
20:33 / 25-04-2024
Almaniyadakı ukraynalı qaçqınlara görə problem yaranıb
18:56 / 22-04-2024
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - (Yenilənib) - Fotolar
00:11 / 23-04-2024
Sağlam və uzun ömür yaşamağın 10 asan yolu var - Siyahı
18:01 / 21-04-2024
Dünyanın idman paytaxtı olması üçün Bakının namizədliyi irəli sürülüb
13:54 / 22-04-2024
Füzuli şəhərinə növbəti köç olub - (Yenilənib)
09:53 / 22-04-2024
Ümid nəğməsi - Etibar Cəbrayıloğlu yazır
16:10 / 22-04-2024
Ölkələr sürətlə silahlanır - Ümumi hərbi xərclər 2,4 trilyon dolları keçib
14:10 / 23-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib)
16:58 / 23-04-2024
İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumda iştirak edir - (Yenilənib)
14:03 / 24-04-2024
Professor Nəsib Quliyev özünü güllələyib
00:02 / 23-04-2024
Məşhur boksçu Mayk Tayson şirkətin səfiri olub
00:05 / 23-04-2024
Abramoviç yeni futbol klubunu Avropanın ən yaxşısı edəcək
00:45 / 22-04-2024
Türkiyədə yenə zəlzələ olub
Tahir Kərimlinin idealı... - E. Astanbəyli yazır
Tarix: 19-03-2019 13:03 | Bölmə: Elnur ASTANBƏYLİ
Təzəlikcə sosial şəbəkədə deputat Tahir Kərimlinin bir açıqlamasının linkini gördüm, orada böyük şairimiz Nəsiminin qəbrinin Hələbdən Azərbaycana gətirilməsi ilə bağlı arzusunu ifadə edib.
Arada bir cümlə də işlədib: "Yeniyetmə yaşlarımdan Nəsimi idealım olub..."
Başlayaq elə həmin cümlədən.
Mən deputatın Nəsimi heyranlığını şübhə altına almaq fikrindən uzağam. Özümüz də kiminsə kiməsə vurğunluğuna quşqu duymaq həddini və haqqını görmürük, amma...
Amma məsələ ondadır ki, Nəsimi yalnız bir ədəbiyyat hadisəsi deyil, eyni zamanda bir şəxsiyyət hadisəsidir: özü düşüncəsindən, dünyagörüşündən, əqidəsindən sonadək sapmadı, geri durmadı, bunun üçün hətta vətənindən dərbədər düşməyi göz önünə aldı, basqılara uğradı, ancaq öz doğru bildiyi yoldan dönmədi, son nəfəsində də öz həqiqətinə sadiq qaldı.
Dediyim odur ki, Nəsimini ideal kimi qəbul edərkən bu gəlişigözəl baş verməməlidir. Yoxsa 10-15 ilin içində fikirlərini 180 dərəcə dəyişərək, siyasi-ictimai baxışlarında U dönüşü edərək sonra da Nəsimi heyranlığından danışmaq yüngül desəm, səmimi görünmür.
T. Kərimli
Əlbəttə, kimsə çıxıb deyə bilər ki, "yalnız dəlilər və ölülər fikirlərini dəyişmirlər". Razıyam. Ancaq baxır hansı məsələdə fikrini, özü də niyə, nə üçün dəyişirsən. Təsəvvür eləyin ki, illər uzunu "qatığın ağ olduğu" həqiqətini müdafiə edirsən, ancaq qəfil başlayırsan onun "qara olduğunu" söyləməyə, özü də nə var, nə var, "yalnız dəlilər və ölülər fikrini dəyişmirlər"... Absurd deyilmi? Gülməli deyilmi?
Ona qalsa, Nəsimi də eyni aforizmdən çıxış edib həyatını xilas edə bilərdi; ancaq etmədi. Əqidəsini canından da uca tutdu. Ona əbədiliyi qazandıran da bu sadə həqiqətdir.
Qatığın rəngi dəyişməyibsə, ancaq sən onun haqqında fikrini dəyişirsənsə artıq əbədilik qazanmaq boş gözləntidir. Uzaqbaşı, məsələn, deputat mandatı qazana bilərsən.
Gələk Nəsiminin qəbrinin Azərbaycana gətirilməsi təkilifinə...
Tahir Kərimlinin bu təklifi ilk deyil, yəqin son da olmayacaq.
Oxşar təklifi Rəsulzadənin qəbri ilə bağlı səsləndirənlər də var, Mirzə Fətəli Axundzadənin qəbri ilə bağlı dilə gətirənlər də...
Bu cür təkliflər mənim üçün həmişə anlaşılmazdır, populizm və səmimiyyətdən uzaqdır.
İki səbəbdən: birinci, guya məsələn, Mirzə Fətəlinin qəbri Tiflisdə yox, Bakıda olsa, bu nəyi dəyişəcək? Məsələn, Həsən bəy Zərdabinin qəbri Azərbaycandadır, 22 iyul Milli Mətbuat Günündən qeyri nə vaxt yada düşür? O qəbrin illər uzunu baxımsız qaldığını, məzar üstündəki betonun bir neçə yerdən çatladığını, qəbirüstü abidəsinin bozardığını, başdansovu suvandığı üçün qəbrin üzərində yamaq kimi görünən suvağı nə tez unutdunuz?
İkincisi: mənəvi böyüklərimizin vətəndən qıraqdakı qəbirlərinin Azərbaycana gətirilməsini təklif etməmişdən öncə onların ideallarına, uğrunda min bir məhrumiyyət yaşadıqları dəyərlərə sayğı duymaq, bu ölməz idealların, ali dəyərlərin bərqərarına çalışmaq lazımdır. Əks halda Nəsimi də, Rəsulzadə də, Mirzə Fətəli də, digər mənəvi böyüklərimiz də qəbirlərinin harada olmasından asılı olmayaraq onsuz da məzarlarında narahat uyuyacaqlar. Ha Hələbdə, ha Tiflisdə, ha Ankarada, ha Bakıda...(Unikal.org)
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Elnur ASTANBƏYLİ
Bölməyə aid digər xəbərlər