23:54 / 20-05-2024
Masallı sakini güllələnib
Sabah Azərbaycanda 43 dərəcə isti gözlənilir - Proqnoz
Tarix: 08-08-2023 12:13 | Bölmə: Cəmiyyət
Sabah Azərbaycanda 43 dərəcə isti gözlənilir

Avqustun 9-da Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Reyting.az
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildiriblər.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 16-21° isti, gündüz 27-32° isti olacaq.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}