Nəşi 31 il sonra tapılmış Nurəli Abdullayev dəfn olunub
Tarix: 25-08-2023 12:53 | Bölmə: Cəmiyyət
Nəşi 31 il sonra tapılmış Nurəli Abdullayev dəfn olunub

Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra meyit qalıqları tapılmış Nurəli Hacıbaba oğlu Abdullayev dəfn olunub.

Reyting.az
"Report"a istinadla xəbər verir ki, mərhum yaylım atəşi və Dövlət Himninin sədaları altında Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidlərin ruhuna dualar oxunub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb, şəhid Nurəli Abdullayevin məzarına tər güllər düzülüb.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:18 Sabah yağış yağacaq
Dünən, 12:35 Sabah yağış yağacaq
23-04-2025, 12:45 Sabah yağış yağacaq
23-04-2025, 09:51 Çaylarda sululuq artıb