Salyan rayon sakini avtomat silahla saxlanılıb
Tarix: 18-09-2023 17:53 | Bölmə: Cəmiyyət
Salyan rayon sakini avtomat silahla saxlanılıb

Salyan rayon sakinindən narkotik və avtomat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Reyting.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və qanunsuz odlu silah-sursatın saxlanılmasında şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Yadulla Məmmədov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı narkotik vasitə - marixuana aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı nəticəsində Y.Məmmədovun yaşadığı ünvana keçirilən baxış zamanı isə oradan 1 ədəd "AKMS" markalı avtomat, 1 ədəd daraq və 30 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:54 Sabah yağış yağacaq
16-06-2025, 13:06 Sabah yağış yağacaq
16-06-2025, 10:12 İsmayıllıda hotel yanıb
14-06-2025, 12:36 Sabah yağış yağacaq
13-06-2025, 09:22 Yardımlıda traktor aşıb