18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
30 il əvvəl Füzulidə itkin düşən şəhid Şüvəlanda dəfn olunub - Fotolar
Tarix: 28-09-2023 15:43 | Bölmə: Cəmiyyət
30 il əvvəl Füzulidə itkin düşən şəhid Şüvəlanda dəfn olunub

Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə itkin düşmüş Xələfov Cahangir Məmi oğlunun qalıqları Xəzər rayonu Şüvəlan kəndində dəfn olunub.

Reyting.az
APA xəbər verir ki, şəhid Cahangir Xələfovla Xətai rayonunda, oğlunun evində vida mərasimi keçirilib. Daha sonra şəhidin qalıqları Şüvəlan kənd qəbiristanlığında, həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, Xəzər rayonu və Füzuli rayon icra hakimiyyətlərinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Cahangir Xələfov 3 sentyabr 1993-cü ildə Füzuli rayonunun Dördçinar kəndində itkin düşüb. Şəhidin meyitinin qalıqları bir qədər əvvəl Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqda tapılıb.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}