18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib
Tarix: 29-09-2023 09:34 | Bölmə: Cəmiyyət
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun sədrliyi ilə Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Reyting.az
xəbər verir ki, iclasda cari məsələlərə, o cümlədən Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb.

Müsabiqəni uğurla başa vurmuş hakimliyə namizədlərlə fərdi söhbətlər aparılıb, onlara tövsiyələr verilib və yekunda birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunmaları üçün təkliflərin hazırlanması qərara alınıb.

Məhkəmə-Hüquq Şurasının üzvləri çıxış edərək, böyük əksəriyyəti gənc nəsil hüquqşünaslardan ibarət olan həmin namizədlərin müxtəlif hüquq sahələrində çalışdıqlarını və gələcəkdə onların ədalət mühakiməsinin və məhkəmə sisteminin inkişafında öz töhvələrini verəcəklərinə əminliklərini bildiriblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}